» » Erkən doğuşlardan necə qorunaq?

Erkən doğuşlardan necə qorunaq?

Zumrud 304
Vaxtından əvvəl baş verən doğuşlar və bundan necə qorunaq?
Statistikaya görə il ərzində olan doğuşların 10%-ə yaxını -vaxtından əvvəl baş verən doğuşlardır. Bu rəqəm daima artır və vaxtından əvvəl başlayan doğuşların ümumi sayının demək olar ki, yarısı dölyanı mayenin vaxtından əvvəl axması nəticəsində baş verir. Bu da öz növbəsində dölün natamam inkişafına, körpənin ölüm faizinin yüksəlməsinə və praktiki olaraq 100% hallarda bətndaxili infeksiyalaşmaya səbəb olur.
Bu problemin həlli yolu var və bu dölyanı mayenin axmasının müasir diaqnostikası və təcili tədbirlərin görülməsidir.
Qadınların çoxu güman edirlər ki, dölyanı mayenin çəkilməsi və axması eyni şeydir və onu uşaqlıq yolundan bir anda çoxlu miqdarda axan mayeyə görə təyin etmək olar. Bu həqiqətən doğru bir şey deyil. Çoxlu maye döl kisəsi qişalarının yırtılması zamanı olur və bu doğuş fəaliyyətinin başlanmasını göstərir. Döl kisəsinin zədələnməsi fonunda yaranan və uzun müddət ərzində hiss edilmədən axan dölyanı maye daha təhlükəlidir. (1 aya qədər və daha çox)

Dölyanı mayenin və döl kisəsinin rolu.
Amniotik maye ana yıxılan zaman və ya sadəcə çevrilmə və kəskin hərəkətlər zamanı körpəni zərbə və zədələnmələrdən qoruyaraq özünəməxsus təhlükəsizlik yastığı rolunu oynayır. Uşaqlıq divarının dölə və göbək ciyəsinə təzyiq etməsinə imkan vermir. Döl kisəsinin qişaları dölyanı mayenin sterilliyini təmin edir və xaricdən infeksiyanın daxil olmasının qarşısını alır.

Döl kisəsinin zədələnməsinə və dölyanı mayenin axmasına səbəb olan faktorlar
-Bütün orqan və sistemlərin infeksion xəstəlikləri və iltihabı.Vaxtından əvvəl dölyanı mayenin axması müşahidə olunan doğanların 10% -də mədə-bağırsaq və tənəffüs sisteminin iltihab prosesləri müəyyən edilmişdir. 25 % isə cinsiyyət orqanlarının iltihabından əziyyət çəkirdi.
-Uşaqlıq boynu eroziyası və onun digər müxtəlif destruktiv dəyişiklikləri. Dölyanı mayenin axması müşahidə olunan qadınların yarısından çoxu uşaqlıq boynu xəstəliklərindən əziyyət çəkir və ya əvvəllər abort və uşaqlıq boynunda cərrahi müdaxilə keçirib.
-Cinsi orqanların infeksiyaları. Bu qrupa nəinki veneroloji xəstəliklər, həm də bir çox qadınlarda yaranan bakterial vaginoz (uşaqlıq yolunun disbakteriozu) aiddir. Hamiləlik zamanı hormonaların miqdarının artması uşaqlıq yolunun şərti-patogen mikroflorasının artmasına səbəb olur. (bu xəstəliktörədən bakteriyalar normada hər bir sağlam qadında olur, lakin az miqdarda olduğundan təhlükə törətmir.) Patogen mikroorqanizmlərin həyat fəaliyyəti məhsulları döl kisəsinin qişasını nazikləşdirir və onun üzərində kiçik çatlar əmələ gətirir. Bu kiçik
çatlardan dölyanı maye axır və daxilə isə infeksiya keçir.
Kiçik zədələnmələr zamanı amniotik maye nəzərə çarpmayan miqdarda (damcı şəklində) axır. Bu fakt demək olar ki, heç vaxt nəzərə carpmır, xüsusən əgər nəzərə alsaq ki, hamilələrdə uşaqlıq yolu sekresiyası artır. Sadəcə olaraq qadınlar bəzən uzanmış vəziyyətdə uşalıq yolundan
çoxlu miqdarda ifrazat hiss edə bilərlər.

Dölyanı mayenin axması zamanı diaqnostik metodlar.
Hələ bu yaxınlarda dölyanı mayenin axmasının diaqnostik metodu laborator analizlər olmuşdur. Bu metod o qədər də xoşa gələn deyil, uşaqlıq yolundan və uşaqlıq boynundan götürülmüş materialda amniotik maye hüceyrələrinin olmasına əsaslanır. Dölyanı mayenin seliyi havada kristallaşır və mikroskop altında aydın görünən, qıjı yarpaqları formasına bənzər şəkil əmələ gətirir. Hal-hazırda daha sadə və hər bir qadın üçün mümkün olan yeni diaqnostik metod yaranmışdır. Bu metod laborator müayinə tələb etmir və ev şəraitində aparıla bilər. Bu istifadəsi asan və sadə olan bir testdir.

Dölyanı mayenin axmasının amniotest ilə diaqnostikası
Dölyanı mayenin tərkibində çoxlu miqdarda plasentar alfa-1mikroqlobulin (PAQM-1) var. Bu maddə hamilə qadının digər maye mühitlərində (qanda, sidikdə, uşaqlıq yolu sekretlərində) olmur. amniotestin təsir prinsipi uşaqlıq yolunda PAQM-1-in tapılmasına əsaslanır. Test çox həssasdır və uşaqlıq yoluna bir neçə damcı amniotik maye düşübsə belə reaksiya verir.

Amniotestin xarici görünüşü necədir və ondan necə istifadə etmək olar ?
Bu test xarici görünüşünə görə hamiləliyi təyin edən testdən heçnə ilə fərqlənmir. Nəticə müsbətdirsə-2 qırmızı xətt, mənfidirsə-1 xətt görünür. Lakin amnitestin vasitəsilə sidik yox, uşaqlıq yolu sekreti yoxlanılır, ona görə komplektin tərkibinə daxilində həlledici olan flakon, steril tampon və prosedurun aparılması üçün təfərrüatlı təlimat daxildir.

Amniotest kimə lazımdır ?
Bu test istisna olmadan bütün hamilə qadınlara lazımdır. Test qadın çantasında az yer tutur, həmişə əl altında olur və qadını instrumental müayinədən azad edir, kiçik bir şübhə zamanı isə amniotik mayenin axması diaqnozunu qoymaq və yardıma müraciət etmək imkanı verir. Testin həssaslığı 98,9%-dir.Test ancaq uşaqlıq yolunda amniotik mayenin olmasını müəyyən edir. Bu test amniotik mayenin miqdarını və dölyanı kisələrin zədələnmə dərəcəsini müəyyən etmir. Həmçinin bu test müalicəvi yox, diaqnostik metod sayılır. Testin pozitiv göstəricisi zamanı xəstəni mütləq xəstəxanaya yerləşdirmək lazımdır. Hətta qadın özünü yaxşı hiss etsə belə. Yalnız vaxtında tibbi müdaxilə zamanı ağırlaşmalardan qaçmaq və körpənin sağlam doğulmasını təmin etmək olar.


Vital Klinikaya istinadən
скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir