» » Yoqaya başlamaq istəyənlərə tövsiyə

Yoqaya başlamaq istəyənlərə tövsiyə

Zamir 540
Yoqa beynimizi təmizləmək, doğru düşünməyi öyrənmək və özümüzü kəşf etməyə doğru atılmış ilk addımıdır. Bundan əlavə, diqqət dalğınlığı, asana’lar və nəfəs texnikaları da ehtiva edən böyük təlimdir. Yoqaya bir təlimçi ilə başlamaq ən düzgün üsuldur. Lakin müstəqil məşğul olmaq istəyirsinizsə, başlamaq üçün diqqət etməli olduğunuz məqamlar bunlardır:

Təbii ritmlə hərəkət edin
Təbii ritmlə hərəkət edinYoqanın məqsədi rahatlaşmaq, bədəni və beyni gücləndirməkdir. Onları yormaq məqsədilə edilmir. Hərəkətləri yavaş, sakit və çox güc sərf etmədən yerinə yetirin. Təbii bir ritm tutmağa çalışın və hər duruşu bəsit, incə və axıcı formada etməyə çalışın. Ani hərəkətlət fiziki balansı poza bilər və baş gicəllənməsi, huşunu itirmə kimi təsirlər yarada bilər. Buna görə bir duruşdan digərinə rahat, diqqətli və axıcı keçməyi öyrənməlisiniz.

Gücünüzü düzgün hesablayın
Gücünüzü düzgün hesablayınYoqa hərəkətləri yerinə yetirərkən özünüzü çətin hərəkətlər etməyə məcbur etməyin.Ağrıya səbəb ola biləcək hərəkətlərdən uzaq durun. Hər kəsin quruluşu və fiziki vəziyyəti fərqli olduğuna görə, insanların bu mövzuda bacarıqları da bir-birindən fərqlənir. Bədənin nə qədər gərginlik və stressin öhdəsindən gələ biləcəyini hər kəs özü müəyyən edə bilər. İnsanlar öz limit və bacarıqlarını aşmalı deyillər. Asana məşqlərində nəticəyə tez nail olmağa kömək edən tələskənliyimiz deyil, məşqlərimizdəki bütünlükdür. Heç bir duruşu daha gərgin və ya diqqətsiz etməyə çalışmayın. Hər hansı bir gərginlik və ya ağrı hiss edirsinizsə, hərəkəti daha yavaş etməyə çalışın. Bacarıq və qabiliyyətinizə uyğun olaraq, hərəkətlərin sayını və tempini müəyyən edin.

Vaxta diqqət edin
Asana duruşları mədəniz boş olduğu zaman edilməlidir. Sidik kisəsi və bağırsaqlar boş olmalıdır. Məşqə başlamamışdan əvvəl yeməkdən ən az üç saat, çay, süt, qəhvə və yaxud da meyvə suyu kimi içkilərin üzərindən isə ən az 1 saat keçməlidir.Məşqləriniz üçün uyğun zaman seçin. Səhər və ya axşam olmasından asılı olmayaraq, həmin proqrama uyğun hərəkət etməyə çalışın.

Məkan seçin
Məkan seçinMümkün olduğu halda, asana məşqlərinizi etmək üçün sizi heç nəyin narahat etməyəcəyi bir məkan seçin. Bu məkan səssiz və tənha olmalıdır. Əgər açıq məkandırsa soyuq və küləndən uzaq bir yer olmalıdır. Qapalı məkanda etdikdə isə, kifayət qədər yaxşı havalandırma sisteminin olmasından əmin olmaq lazımdır.

Düzgün qidalanma
Düzgün qidalanmaDüzgün qidalanma dedikdə, saf, təbii və yaxşı həzm olunan qidalar nəzərdə tutulur. Bu cür qidalar sizin fiziki sağlamlığınızsan əlavə, əhval-ruhiyyənizə də təsir edəcək.

Sağlam düşüncə və meditasiya
Sağlam düşüncə və meditasiyaBiz nə düşünürüksə, ondan ibarətik. Bu ən əhəmiyyətli nöqtədir. Nikbin və yaradıcı düşüncələr insanın sağlamlığında olduğu qədər, həyat hadisələrinə olan münasibətlərdə də müsbət dəyişikliklərə səbəb olur. Beyin mütəmadi meditasiya ilə mükəmməl şəkildə idarə edilə bilər.скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir