» » 20 Budda düşüncəsi

20 Budda düşüncəsi

Zamir 563
Gautama Budda Buddizmin banisi kimi hər zaman insanlar tərəfindən çox öyrənilən şəxsiyyətlərdən biri olmuşdur. Lakin Buddanın öyrənilməsi təkcə onun tarixi şəxsiyyət olmasıyla bağlı deyil. O, həm də müasir insanı da öz təlimləriylə qarmarışıqlığın içindən çıxarmağı bacaran çox güclü şəxsiyyətdir. Budda adının özü də tərcümədə “oyanmış insan” “aydın” mənasını verir.

1. İnsanın düşüncələri aydındırsa, xoşbəxtlik onu daima kölgə kimi izləyir və bir də heç vaxt tərk etmir.
2. Biz düşüncələrimizdən ibarətik. Nə düşünürüksə, o da oluruq.
3. Sağlam düşüncənin və bədənin sirri keçmişdə qurdalanmamaq, gələcək haqqında çox narahatçılıq keçirməmək və şüurlu şəkildə indiki zamanda yaşamaqdan ibarətdir.
4. Sakitlik bizim daxilimizdədir. Onu xaricdə axtarmayın.
5. Qəzəblənmək əlində yanan odun parçasını saxlayıb, kiməsə atmağa hazırlaşmaq kimi bir şeydir. Bu ilk növbədə sizin özünüzü yandırır.
6. Bizim həyatdakı ən ali məqsədimiz öz məqsədimizi tapmaq və bütün ömrümüzü ona ithaf etməkdir.
7. Biz hər səhər yenidən doğuluruq. Yalnız hal-hazırda etdiminiz şeylər əhəmiyyətlidir.
8. Xoşbəxtlik sizin kim olduğunuzdan və ya nəyinizin olmasından asılı deyil. Xoşbəxtlik ancaq sizin düşüncələrinizdən asılıdır.
9. Siz öz qəzəbinizə görə deyil, öz qəzəbiniz tərəfindən cəzalandıralacaqsınız.
10. Hər şeyi başa düşmək, hər şeyi bağışlamaq deməkdir.
11. Alçağı min dəfə müqəddəs hesab edərək yanılmaq, müqəddəsi bir dəfə alçaq hesab edib yanılmaqdan daha yaxşıdır.
12. Nifrəti nifrətlə yox etmək mümkün deyil, bunu ancaq sevgiylə etmək mümkündür.
13. Biz indi kimiksə – bu düşüncələrimizin nəticəsidir.
14. Mövcudluğun bütün sirri qorxulardan azad olmaqdadır. Başına nə gələcəyindən qorxma, gələcəyin bununla dəyişməyəcək, amma bu günün daha sakit keçəcək.
15. Xoşbəxtliyə gedən yol yoxdur. Xoşbəxtlik özü elə yoldur.
16. Bir şamdan min şama işıq vermək olar – bununla onun həyatı qısalmayacaq. Xoşbəxtliyi də paylaşdığında, o azalmır.
17. Əgər əl yaralı deyilsə, həmin əldə zəhər gəzdirə bilərsən. Zəhər yaralı olmayan ələ təsir edə bilməz. Pislik etməyən insanlara da pislik təsir etməyəcək.
18. Əlində olanların dəyərini bilməyən insalara xoşbəxtlik heç vaxt üz tutmur.
19. Hətta ən ağıllı insan da öz üzərində işləməyi dayandırsa, axmaqlaşacaq.
20. Özünə qalib gəlsən, min döyüşün qalibi olarsan.
скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir