» » Meditasiya nədir?

Meditasiya nədir?

Zamir 1055
Meditasiyanın nə olduğu maraqlı olanlara gəlsin. Meditasiya nədir? Meditasiya – latıncadan tərcümədə "meditatio” , "meditor” – düşünürəm, ayırd edirəm mənasını ifadə edir. Meditasiya zehni gərəksiz düşüncələrdən, hadisələrdən təmizləyir və insan zehnini bir fikrə cəmləyir, bədəni sakitləşdirir və düşüncəni başqa aləmə yönəldir. Bu üsulun məqsədi insanın ruhunu sakitləşədirmək və gündəlik həyata bu sakitliyin yansilmasindan ibarətdir. Meditasiyanin təsiri insanin orqanizmi ilə yanaşi onun fikrində və əqlində yaratdiqi dəyişikliklərdir. Meditasiya nəticəsində insanin xarici və daxili mühitdə baş verən proseslərə qarşi pozitiv idarəetmə bacarığı yaranir.
Meditasiya necə edilir? İnsanın xüsusi duyğu analizatorları var. Eşitmə, iybilmə, dadbilmə, təmas. Meditasiyanın köməyi ilə bu duyğu orqanlarını xarici aləmdən təcrid edirik. Bütün diqqəti insanın daxilinə yönəldirik. Meditasiya üçün sakit bir yer seçilir.Yəni diqqəti kənar səslər yayındıra bilməsin.Və həzin bir musiqi səsləndirilir. O musiqi harmoniya yaradır. İlk öncə misal üçün istirahət ideyasını beyninizdə tutursunuz. Bütün diqqət ancaq dincəlmək ideyasının üzərində köklənir. Başqa heç nə düşünmürsən. Başqa fikirlər beyninizə gəlsə də yenə də həmin dincəlmək ideyasına qayıdırsınız. Yavaş-yavaş beyində artıq bir ideya qalır, qalanlarından beyin uzaqlaşır. Meditasiya insana nə üçün lazımdır? Meditasiya bədənin rahatlaşması, dincəlməsi, stressdən azad olması, lazımsız həyəcan və düşüncələrdən fikrin təmizlənməsi, mənəvi rahatlığın alınması və daxili harmoniya yaratmaq üçün insana lazımdır.


psixologiya 2018
meditasiya 2018
saglamliq 2018
psixoloq 2018
saglam ruh 2018
yoga 2018
скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir