» » Rənglərə ciddi yanaşmaq lazımdır

Rənglərə ciddi yanaşmaq lazımdır

Gunay.I 564
Rənglər hər birimizin seçdiyi və xüsusi rəğbət bəslədiyi görüntü sistemidir. İnsan tarix boyu inkişaf etdikcə, rənglər sistemini də zənginləşdirib. Bu rəngləri məişətə gətirərək, müxtəlif yaşayış simvollarına çevirmişdir. Artıq müasir insanlar üçün müxtəlif rənglərdən müxtəlif məqsədlə istifadə etmək, adi məişət hadisəsinə çevrilib. Nəticədə, rənglər insanların psixikalarında özünəməxsus təsirlərə malikdir. Gəlin qısa şəkildə rənglərin psixologiyasına nəzər salaq.

RƏNGLƏRİN DİNİ-MƏİŞƏT FƏLSƏFƏSİ
Qeyd etdiyimiz kimi, rənglər insan həyatında, məişətdə müəyyən simvollara, etalonlara malikdir. Bu simvolların fəlsəfi və dini mahiyyəti də vardır. Rənglərin fəlsəfəsi yaşamaq səviyyələrini, onların məntiqi mənalarını açıqlamağa tətbiq edilir. Məsələn, ağ rəng ağ günü, qara rəng qara günü, qırmızı rəng yüksək əhvalı, toy-bayramı, sarı rəng ayrılığı əks etdirir. Rənglərə bu cür yanaşma ictimai münasibətlərdə və adət-ənənələrdə xüsusi diqqətlə nəzərə alınır. Məsələn, ailə qurmamış və yaxud cavan vəfat etmiş şəxslərin tabutları üstünə qırmızı rəngli parça sərilir, yaşlıların tabutları üstünə isə qara rəngli parça sərilir.
Dində də demək olar ki, rənglər xüsusi mahiyyət kəsb edir. Yaşıl rəng İslam dininin rəsmi rəngidir desək yanılmarıq. Ümumiyyətlə, yaşıl rəng insan psixikasına və fəaliyyətinə müsbət təsir edən rəng kimi də nəzəri cəlb edir və ya namazın ağ rəngli paltarla qılınması daha çox bəyənilir, nəinki qara rəngli paltarla.

RƏNGLƏRƏ CİDDİ YANAŞIN
Məlum oldu ki, rənglər insan psixikasına, əsəb sisteminə təsir etmək imkanlarına malikdirlər. Əgər belə olmasaydı, bizim hər birimizin öz xoşladığı rəngi olmazdı. Bu baxımdan, rənglərin xarakterlərə də müəyyən mənada təsiri var. Müxtəlif insanların rənglərə özünəməxsus münasibəti onların xarakterlərinin müxtəlifliyini bir daha təsdiqləyir. Bu da onu təsdiq edir ki, hər bir insanın öz psixologiyası oldugu kimi, hər bir rəngin də özünəməxsus “məntiqi” və “psixologiyası” var. Məsələn, qara rəng ağır mahiyyətli, rəsmi rəngdir, yaşıl rəng sakitləşdirici, mülayim rəngdir, qırmızı rəng əhvalı yüksəldən, əsəb sistemini coşduran aktiv rəngdir və sairə.
Sizin də rənglərə xüsusi münasibətiniz olmalıdır. Aşağıda verilmiş psixotestdə rənglərə olan real münasibətinizi yoxlaya bilərsiniz.
скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir