
Psixiatriyada təcili və təxirə salınmaz tibbi müdaxilə tələb edən vəziyyətlərdən biri KƏSKİN PSİXOMOTOR OYANMA halıdır. Bu vəziyyətdə insan özü və ya ətrafdakıları üçün təhlükəli olur onu dayandırmaq, idarə etmək, sakitləşdirmək mümkün olmur. Səbəbsiz qorxu, qəzəb hislərinin, halyusinasiya (qarabasma), sayıqlama ideyalarının və s təsiri altında qaçır, vurur, yıxır, qışqırır, xaotik və əlaqəsiz hərəkətlər edir...