» » Bədən dili (yalan)

Bədən dili (yalan)

Nurlan 3097
Qarşımızdakı insanla söhbət zamanı onun yalan danışıb, danışmaması daima diqqətimizi çəkir. Bəzən yalanı doğru, doğrunu isə yalan qəbul edərək hisslərimizdə yanılırıq və bu davranışlarımıza da təsir edir. Nəticədə ya peşmançılıq, ya da xəyal qırıqlığı yaşayırıq. Mütəxəssislər bildirir ki, əgər həmsöhbətimizin "mühazirə"-si bizdə şübhə oyadarsa, o zaman onu diqqətli şəkildə müşahidə etsək, bədən dilinin incəliklərini vasitəsilə qarşımızdakının həqiqi simasını anlaya bilərik. Psixoloji üsullarla insanların gerçək düşüncələrini oxuyan Derren Braun: "Bədənlərimiz dəyişməz şəkildə, həqiqətdə necə hiss etdiyimiz haqqında ipucu verir"-deyə bildirib. Qeyd edək ki, bir çox istintaqlar zamanı hüquqçular da "Bədən dili"ndən istifadə edirlər.
İnsanın yalan danışdığını ələ verən hərəkətlər aşağıdakılardır :

Əlləri gizlətmə
Biri ilə səmimi olduğumuz zaman, ovuc içimiz yuxarıya doğru tutarıq. Lakin yalan dediyimiz zaman əllərimizi arxamıza və ya ciblərimizə saxlamağa çalışarıq. Yoldaşınızın sizdən bir addım arxada getməsi, danışdığı məsələdən narahat olduğu haqda bir siqnal ola bilər.

Burun qaşıma
Burun qaşıma ağ yalanların klassik işarəsidir. Yenə də, qarşınızdakı sizdən həqiqətləri gizlədərkən, böyük bir ehtimalla gözlərinə, qulaqlarına, dodaqlarına toxunur. Kişilər isə birmənalı olaraq gerçəyi söyləmədiyi zamanlarda əlləriylə üzlərinə toxunurlar.

Udqunma
Bədənlərimizin yalanlara digər bir qarşı digər refleks hərəkəti isə boğazımızının qurumasıdır. Bu zaman təbii ki, danışmağı çətinləşdirir. Yalan kəlmələr qurarkən, tez-tez udqunar və ya dodaqları dilimizlə isladarıq.

Göz hərəkətləri
Qəlbin aynası gözlər olduğu kimi yalanı da gözlədən hiss etmək olar. Qarşımızdakı yalan danışarkən ilk etdiyi hərəkət göz yayındırmaq olur. Əgər aşağı doğru baxırsa, sizə məcburən yalan deyir və çox peşmandır. Məhz yalanı gözlərdən tutma üsulu: Bu barədə etməyiniz lazım olan ilk şey, sevgilinizə cavabını bildiyiniz gözlərinin hara getdiyini izləyin. Hər zaman üçün bir istiqamətdə gedirlər, bu da onun üsuludur.

Gülmək:
Bir çox insan yalan söylədiyi zaman ilk əvvək rahatlayar. Bunun təsiri səsinə də təsir edər.Yüksək səslə danışar və daha şən olar. Lakin sonrası yuxarıdakı kimidir. Gülmə vəziyyətindəki qorxunu, güvənin keçiciliyini təkcə söylənənlərin birlikdə dəyərləndirilməsi, gülmə zamanı və sonrasındakı baxışlar ilə sınamaq mümkündür.

Öskürmək
Ekspertlər yalanı ələ verən digər hərəkətin öskürək olduğunu .Yalandan öskürmə, klassik aldatma texnikasıdır. Öskürərərək növbəti yalana mövzu axtarılır. İnsan öskürərərək növbəti yalana hazırlaşır.

Sürətli danışma
Psixoloqlar iddia edir ki, insanlar sürətli söhbət zamanı yalanlarının hiss edilməyəcəyini ehtimal edir və yalan zamanı bu danışıq tərzindən istifadə edərlər.

Yalanı insanın daxilində də elə bir hal yaradır ki, insanın üzü ağarır, mədə üstündə ciddi bir sıxılma əmələ gəlir, hətta bir fizioloji səbəb olmasa da qusmağa qədər gələn davranışlar müşahidə olunur. Daha maraqlısı da budur ki, qadınlar bədən dilini kişilərdən daha asan və daha tez başa düşürlər.
Əziz oxucular, unutmayın ki, dil yalan söylə bilər, amma bədən əsla!
скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir