» » Yeniyetmə psixologiyası

Yeniyetmə psixologiyası

Zamir 119
Yeniyetmələrin tərbiyəsi - valideynlərin qarşısında duran ən çətin bir öhdəlikdir. Belə ki, valideynlər çox vaxt yeniyetmələrin hərəkətini, davranışını düzgün qiymətləndirə bilmirlər. Bu səhv həm valideynlər, həm də yeniyetmələr üçün ağır nəticələr verə bilər. Yeniyetmə dövründə övladlarının aqressiv və ya qeyri – adekvat hərəkətləri valideynlər tərəfindən təəcüblə qarşılanır: “Gül kimi sakit uşaq idi, nə oldu buna birdən – birə?!” və ya “Əcəb şən uşaq idi, bütün günü deyib-gülürdü, indi isə əsəbi, gərgin olub. Adama cavab qaytarır...” - kimi sözlər valideynlər tərəfindən tez – tez işlədilir. Yaxşı, valideynlər belə deyir?!... Bəs yeniyetmələr necə? Onlar nə hiss edirlər?!... Yeniyetmələr isə bu vaxt özlərini “ kənar edilmiş,” diqqətdən kənar, başa düşülməyən biri kimi hiss edirlər. Bu dövrdə uşaqlar sərbəst olmaq və kimdənsə asılı olmaq istəmirlər. Onları idarə etmək istəyən valideynlərinə qarşı bir növ mübarizə aparırlar: qışqırılar, cavab qaytarırlar, kobudluq edirlər, qapını çırpıb gedirlər, öz otaqlarına qapanırlar və s.i... Yəqin ki, bir çox valideynlərə tanışdır bu hisslər... Müşahidələr göstərir ki, konfliktli situasiyalarda yeniyetmələr valideynlərin reaksiyalarını düzgün qiymətləndirə bilmirlər. Valideynlərin normal saydıqlarına yeniyetmələr daha kəskin reaksiya verib, neqativ hal kimi baxırlar. Məsələn: Valideyn: “Bu sənə yaraşmaz!” - kimi bir məsləhət verdikdə, yeniyetmələr özünü lazımsız, heç bir işə yaramayan biri kimi görür... və s.i.
Amma bu dövrdə uşaqları tam nəzarətsiz də buraxmaq olmaz. Belə ki, bu daha ağır nəticələrə gətirib çıxara bilər. Aparılan müşahidələr nəticəsində xüsusi qəbul olunmuş Gender şöbəsi var ki, orada yeniyetmənin ataya qarşı daha aqressiv münasibəti təhlil olunmuşdur. Belə ki, yeniyetmə ananın danlağına qarşı çıxıb, mübahisə edib, qaçıb, otağına çəkilirsə, atanın eyni hərəkətinə qarşı daha aqressiv cavab verir. Müşahidələrin müəlliflərindən biri olan Kaliforniya Universitetinin psixologiya kafedrasının professoru Missaki Natsuaki qeyd etmişdir : “Düzdür, yeniyetmə - ata münasibəti nisbətən az öyrənilmişdir.
скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir