» » » Cinsi meylin pozuntuları

Cinsi meylin pozuntuları

Zamir 24
1. Cinsi meylin zəifləməsi – hiposeksuallıq depressiyalarda, şizofreniya xəstəliyinin bir sıra kliniki formalarında, mərkəzi sinir sisteminin orqanik pozuntularında, nevrasteniya zamanı və digər patoloji hallarda əlaqədar meydana cıxa bilər. Cinsi meylin zəifləməsinin xüsusi forması olan impotensiya (kişilərdə) və frikidlik (qadınlarda) “funksional xarakterli seksial pozuntular” mövzusunda təsvir edilmişdir.

2. Cinsi meylin güclənməsi - hiperseksuallıq. Beynin bir sıra orqanik pozuntularında (proqressiv iflic – qocalıq ağıl zəifliyi, olqofreniya və s.) və manikal oyanma zamanı rast gəinir.

3. Təhrif olunmuş (qeyri – normal) cinsi meyllər. Bu ad altında təsvir olunan meyl pozuntuları seksoloji xəstəliklərdən fərqəndirilməlidir. Belə ki, cinsi meylin qeyri- normal ödənilməsi formaları əsasən psixopatlarda (şəxsiyyətin pozuntuları ilə əlaqədar) rast gəlinir. Bir qayda olaraq belə şəxslər nəinki həkimə müraciət etmir, eyni zamanda özlərini xəstə hesab etmirlər və həyatları boyu patoloji cinsi meyllərlə yaşamağa həvas göstərirlər. Bu növ pozuntulara sodomiya və zoofiliya (müxtəlif heyvanlarla cinsi əlaqədə olmaq), pedofiliya (kicik yaşlı uşaqlara qarşı cinsi meyl), nekrofiliya (meyidə qarşı cins meyl), fetişizm (əks cinsin paltarına, istifadə etdiyi əşyalara qarşı cinsi meyl), sadizm (əks cinsdən olan şəxsə əzəb – əziyyət (işgəncə) verməkdən cinsi zövq almaq), mazaxizm (əks cinsdən olan şəxsin verdiyi əzab – əziyyətdən (işgəncədən) cinsi zövq almaq) və s. aiddir.


N.İsmayılov – Pisxiatriya (Ali məktəblər üçün dərslik)
скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir