» » » Pigmalion effekti

Pigmalion effekti

Ragim 344
«Mifologiyaya görə, Piqmalion bir qadın heykəli yaratdı və ona elə bir sevgi göstərdi ki, Afroditin müdaxiləsi ilə, heykəl bir canlıya çevrildi və onun sevgisinə cavab verdi. Özünü reallaşdırma kəhanətinə görə də, nəyi gözləsək, onun reallaşma ehtimalı daha yüksəkdir (Rosenthal və Jacobson, 1968).»

Termin Jorc Bernard Şounun pyesindən götürülüb. "Öz-özünə peyğəmbərliyin" sinonimi kimi işlənir. Bu anlayış ilk dəfə Robert Rosenthal və Lenor Jekobson tərəfindən, müəllimlərin şagird davranışına olan gözləntilərinin təsirini təsvir edən kitabında istifadə olunmuşdur.

Orijinal araşdırma, müəllimlərin gözləntilərinin və şagirdlərin İQ göstəricilərinin qiymətləndirilməsinin manipulyasiyasından ibarət idi. Müəllimlər 18 müxtəlif sinifdən təsadüfi seçilmiş şagirdlərin 20%-inin təhsil nəaliyyətlərində qeyri-adi yüksək potensiala malik olduqlarını təsvir etmişdilər.

Barəsində yüksək gözləntilər formalaşan kiçik sinif şagırdlərinin, ümumi İQ göstəricilərində və düşünmə qabiliyyəti (reasoning IQ) göstəricilərində əhəmiyyətli artım müşahidə edilmişdir.
скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir