» » » Kəskin psixomotor oyanma

Kəskin psixomotor oyanma

Zamir 264
Psixiatriyada təcili və təxirə salınmaz tibbi müdaxilə tələb edən vəziyyətlərdən biri KƏSKİN PSİXOMOTOR OYANMA halıdır. Bu vəziyyətdə insan özü və ya ətrafdakıları üçün təhlükəli olur onu dayandırmaq, idarə etmək, sakitləşdirmək mümkün olmur. Səbəbsiz qorxu, qəzəb hislərinin, halyusinasiya (qarabasma), sayıqlama ideyalarının və s təsiri altında qaçır, vurur, yıxır, qışqırır, xaotik və əlaqəsiz hərəkətlər edir. Xəstə ilə kontakt yaratmaq çətin olur, və ya heç mümkün olmur. Yadda saxlamaq lazımdır ki, bu vəziyyətdə siz xəstəni başa düşmədiyiniz kimi, o da sizi anlamır.

Nə etməli?
Iti, kəsici, şüşə əşyaları əl altından yığışdırmalı, uşaq və az yaşlıları o məkandan uzaqlaşdırmalı, təcili yardıma zəng edib, psixiatrik briqada çağırmalı, həkim gələnə qədər xəstənin özünün və ətrafdakılarının təxlükəsizliyini təmin etməli.

Nə etməməli?
Xəstəni vurmaq, qışqırmaq, hədələmək, tək qoymaq olmaz.

KƏSKİN PSİXOMOTOR OYANMA müxtəlif xəstəliklər zamanı müşahidə oluna bilər. Şizofreniya, bipolyar pozuntu, alkoqol delirisi və s.

Yadda saxlamaq lazımdır ki, adətən bu hal müalicəyə yaxşı tabe olur. Az bir zamanda xəstəni psixiatrik şöbəya yerləşdirmək lazımdir, müayinə və müalicə tez başlasın


psixoloq 2019
psixomotor 2019
əsəbilik 2019
скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir