» » » Yayılmış psixoloji effektlər

Yayılmış psixoloji effektlər

Zamir 473
Qərarlarımıza təsir edən psixoloji effekt gün ərzində insan minlərlə irili-xırdalı qərar qəbul edir. Bu qərar ların bizə faydalı olacağını düşünərək çoxunun rasional verdiyimizə inanırıq. Nahara nə yeyim qərar ından tutmuş həyati əhəmiyyət kəsb edirən qərarlara qədər 100 ölçüb bir biçdiyimiz fikri doğrudurmu? Yoxsa biz bilmədən, hiss etmədən qərarvermə prossesimizə təsir edən psixoloji amillər var? Bu yazıda sizi qərar verməyə təsir edən psixoloji effektlər ilə tanış edəcəyik. İnsan tənbəl bir varlıqdır, xüsusən də onun beyni. Beyin elə yaradılıb ki, özü-özünü ifrat məşğuliyyətdən, yorulmaqdan, qızdırmaqdan qoruya bilir. İş həcmi artıqça bir çox funskiyalar, qərarlar avto-pilot rejimə keçir, mövcud düşüncə şablonlarına görə işləyir. Psixoloqlar insanın qərarvermə prosesinə təsir edən fərqli pxisoloji effekt olduğunu bildirir:

“Romeo və Culyetta” effekti
Valideynlərin və ya başqalarının-klassik dildə desək əğyarın-iki sevən adamı ayırmağa cəhd göstərməsi nəticəsində onların bir-birinə məhəbbətinin artması. Bu fenomeni özününkiləşdirsək “Leyli və Məcnun” effekti də demək olar.

Şahid effekti
Fenomenin sirri ondan ibarətdir ki, bədbəxt hadisə zamanı ətrafda nə qədər çox adam varsa zərərçəkənə kömək edənlərin sayı bir o qədər azalır. Əvvəllər bu əlamət şəhər mühitindən qaynaqlanan humanistsizləşmə ilə əlaqələndirilsə də sonralar bu effektin hamı üçün keçərli olduğu məlum olub. Hadisə zamanı ətrafda nə qədər çox adam olsa onların hər biri zərərçəkənə başqasının kömək edəcəyini düşünəcək.

Əlçatmazlıq effekti
Bu sosial psixologiya fenomeninin məğzi ondan ibarətdir ki, bir insan özünü nə qədər əlçatmaz göstərirsə o qədər arzuolunan olur. Bu fenomenə ofislərdə, hərbi hissələrdə rast gəlmək olar. Adətən özlərini ciddi, əlçatmaz göstərən zabitlərə digərlərinə nisbətən daha çox hörmət olunur.

Piqmalion effekti
Bu terminin adı Bernard Şounun pyesindən götürülüb. Bu anlayışı ilk dəfə şagirdlərin davranışlarına müəllimlərin gözləntilərinin təsirini öyrənən Robert Rozentel və Lenor Cekobson öz əsərlərində işlədiblər.
Araşdırma müəllimlərin gözləntilərinin manupulyasiyası və məktəblilərin İQ-lərinə onların təsirinin qiymətləndirilməsindən ibarət olub. Təsadüfü seçimlə 18 müxtəlif məktəbdən şagirdlər seçilib. Seçilmiş uşaqların 20 faizi müəllimlərin tədrisdə yüksək nəticə gözlədikləri şagirdlər olub. Təcrübə nəticəsində məlum olub ki, müəllimlərin tez-tez təriflədiyi şagirdlər başqalarına nisbətən daha yüksək nəticə göstəriblər.
Hazırda bu fenomendən biznes, idman, menecerlik kimi sahələrdə daha çox istifadə olunur.

Zeyqarnik effekti
Hafizənin effektivliyinin hərəkətin və ya materialın bitmə dərəcəsindən asılı olaraq dəyişməsindən asılı olan menemonik effektdir. Bu effekti ilk dəfə 1927-ci ildə B.V.Zeyqarnik aşkarlayıb. Fenomenin əsas təsiri bundan ibarətdir: insan yarımçıq qalmış hərəkətləri daha yaxşı yadda saxlayır.
İş yarımçıq qaldıqda onun əvvəlində yaranmış gərginlik xaric ola bilmir. Nəticədə həmin hadisə qeyri-iradi olaraq yaddaşa həkk olunur. Bu effektdən daha çox incəsənət pedaqogikasında istifadə olunur.

Parıltı effekti
Əgər bir adam hansısa bir situasiyada özü haqqında yüksək rəy yaradarsa, bu zaman onun “ayağına” başqa müsbət keyfiyyətlər də yazılır. Yox əgər mənfi təəssürat yaradarsa, o zaman bütün mənfi keyfiyyətləri ona yükləyirlər. Tələbələr arasında belə bir ifadə var: “Əvvəl sən zaçot üçün işləyirsən, sonra o sənin üçün.” Məsələ burasındadır ki, birinci və ikinci semestrlərdə yaxşı oxuyan, özlərini müəllimin “gözünə soxmağ”ı bacaran tələbələr, sonrakı semestrlərdə lap pis cavab versələr də müəllimlər əlavə suallarla onlara yüksək qiymət verməyə çalışırlar.

Lövbər effekti
İnsanlar bir şey barədə qərar verərkən onu əvvəlki halı ilə müqayisə etməyə meyl edir. Yeni işə qəbulda HR menecer sizin əvvəlki maaşınız ilə maraqlanırsa, yeni maaş təklifini də müvafiq olaraq təyin edəcəyi üçündür. Və ya endi rimdə olan mal əvvəl 100, indi isə 50 manatdırsa siz, bu qiymətin də əslində baha olduğunu düşünmədən, endirimli qiymətin çox ucuz olduğuna qərar verəcəksiniz.

Ümumiləşdirmə effekti
İnsanlar ilk baxışdan xırda, əhəmiyyətsiz və yetərsiz informasiyanı öz maraqlarına xidmət edəcək şəkildə ümumiləşdirib nəticə çıxartmağa, qərar verməyə xoşlayır. Məsələn, “Bir tanışımın 100 yaşı var, gündə 3 paçka siqaret çəkir ” yanaşması ilə siqaretin zərər li olmadığı qənaətinə gəlir.

Kütlə effekti
Bir fikri, düşüncəni nə qədər çox adam qəbul edirsə, dəstəkləyirsə sizin də razı olacağınız ehtimalı artır. Bu kütlə düşüncəsinin təsiridir. Heç kim digərlərindən fərqlənməyi xoşlamır. Bu səbəbdən də, çox adamın iştirak etdiyi müşavirələr, müzaki rələr məhsuldar deyil.

Kor ləkə effekti
“Öz gözündə tiri görmür, başqasında çöp axtarır”. Bu atalar sözü “kor ləkə effektini” çox yaxşı ifadə edir.

İnandırma effekti
Bir qərar qəbul edəndən sonra, nə qədər neqativ, mənfi olsa belə, biz bu qərarı ağartmağa, müsbət işıqda qələmə verməyə çalışırıq.

Sistemlilik illuziyası
Təsadüfi hadisələrdə müəyyən bir sistem, qanunauyğunluq görməkdir. Məsələn, bir-neçə dəfə ardıcıl olaraq uğurlu satış gerçəkləşdirib, səbəbini sevdiyiniz köynəkdə görürsünüzsə sistemlilik illuziyasına qapılmış olursunuz.

İstinadda qərəzlilik
Biz, öz fikr imizə yaxın olan, onu təsdiq edən düşüncələr i daha rahat qəbul edirik. Düşüncələrimizə zidd olan fikirləri isə bəri başdan rədd etməyə meylliyik.

Konservativ düşüncə tərzi
Əksər insanlar konservativ düşüncə tərzinə sahibdir və yeniliklərdən çəkinir, ehtiyat edir. Zamanla sınaqdan keçmiş, özünü sübut etmiş qərarları verməyə üstünlük verir, informasiyaya etibar edir. Bu səbəbdən də “dünya yuvarlaqdır ” fikrini asan qəbul etmədilər.

İnformasiya təhrifi
İnformasiyanın çoxluğu hər zaman yaxşı demək deyil. İnsanlar informasiyadan, daha doğrusu bu informasiyanı həzm etməkdən qorxur. Və təcrübə göstərir ki, daha az informasiya ilə insanlar çox vaxt düzgün qərarlar qəbul edir.

Dəvəquşu effekti
Bu psixoloji effekt ad olaraq özünü yaxşı ifadə edir. Neqativ və xoşagəlməyən informasiyadan qaçmaq insanın təbiətindədir. Xüsusən digər neqativ hadisələrin fonunda insanlar xoşagəlməyən xəbər eşitməkdən çəkinirlər.

Nəticəyə görə hökm vermək
Bacarana can qurban. İnsanda qərarın düzgünlüyünə nəticəsinə görə hökm vermək meyli yarana bilər. Əslində isə qərarın düzgünlüyü barədə qərar verərkən bu qərarın qəbul olunduğu şərtləri və səbələri analiz etmək lazımdır. Kazinoda udmaq hələ o demək deyil ki, oynamaq barədə qərar düzgün idi.

Həddən artıq özünə əminlik
Həddən artıq özünə əmin olmaq gündəlik həyatımızda bizi riskə ata bilər. Bu psixoloji effekt peşəkarlar üçün daha xasdır, onlar bu səhvə daha tez düşür, çünki onlar bilik və təcrübələrinə daha çox arxalanırlar.

Plasebo effekti
Əhəmiyyətsiz bir şeyin təsir gücünə inanmaq, tibbdə bəzən istifadə olunan plasebo tabletləri (psixoloji təsirlə müalicə) kimi.

İnnovasiyaların ifrat faydalılığa inanmaq
İnnovasiyaların bir çox tərəfdarı onların həddən artıq faydalı olduğuna inanır və bir sıra məhdudiyyətlərini, ziyanlı tərəflərini görmür.

Yenilik illuziyası
Yeni informasiyasını köhnə informasiyadan daha vacib hesab etmək illuziyası. İnvestorlar bəzən yeni məlumatı daha vacib hesab edir, əvvəlki datanı incələmədən bugünkü yüksək satışlara görə şirkətin parlaq gələcəyi barədə qərar verir.

Sadələşdirmək illuziyası
İnsanın və ya ideyanın asan seçilə və yadda qalan bilən hal və xüsusiyyətlərinə fokuslanmağa meyillilik. Ölüm barədə düşünəndə siz daha çox şir tərəfindən yeyilərək ölmək ağlınıza gəlir, halbuki maşın qəzasında ölmək şansınız daha çoxdur.

Seçici qavrayış
Arzu və gözləntilərin dünyanı necə qavmamıza təsir etməsidir. Məsələn, eyni səhvləri sevdiyiniz bir insanda çox vaxt görməsək də, bəyənmədiyimiz bir adamda görəndə həmin an diqqətimizi çəkir.

Steriotipləşdirmə
Beynimizdə formalaşan müəyyən steriotiplərə əsasən qərar verməkdir. Bu psixoloji effekt tanımadığınız bir adamda gördüyünüz müsbət bir keyfiyyət (nəzakətli olması) sizi o adamı yaxşı insanlara aid etməyə sövq edəcəkdir. Bəzən belə bir tələsik qərar sizi yanılda bilər.

Sağqalan səhvi
Bu səhv ona görə yaranır ki, biz ancaq “sağqalandan” informasiya əldə edə bilirik, “ölülər ” isə məlumatı bizimlə paylaşa bilmir. Buna görə də dəyərləndirmə bir tərəfli olur, obyektiv olmur. Məsələn siz, minlərlə uğur qazanmaq haqqında kitabı görüb sahibkar olmağın asan və tez gəlir gətirən olduğunu düşünə bilərsiz. Uğursuzluqlar haqqında kitablar yazılsaydı, heç kim sahibkar olmağa can atmazdı.

Riskdən çəkinmək
Soğan olsun, nağd olsun. İnsanlar təbiətcə riskləri minimallaşdırmağa can atır, daha etibarlı, yoxlanılmış vasitələrdən istifadə etməyə üstünlük verir. Məsələn, bank əmanətlərində aşağı faizli, dövlət təminatı olan alətlərə yatırım edirlər. Böyük riskin daha böyük gəlir qazandıra biləcəyinə baxmayaraq əksər insan uğursuzluqdan qorxaraq bundan çəkinir.
скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir

databet