» » » Qeyri-adi psixoloji həqiqətlər 1

Qeyri-adi psixoloji həqiqətlər 1

Zamir 39
Bir çox asılılıqlar vardır ki, bu bizə çox normal gəlsə də əslində o hansısa psixoloji pozğunluqdur amma bəzi psixoloji pozğunluqlar var ki, eşitdikdə inanmaq çətin olur. Sizlərə hissə-hissə ən qeyri adı psixoloji həqiqətləri təqdim edəcəyik

Yatrogeniya
Həkimin hər hansı kobud sözündən və yaxud kobud hərəkətindən sonra xəstənin sağlamlığının pisə doğru dəyişməsi.

Psixoloqlar iddia edir ki, insanın öz özünü qıdıqlaya bilməsi mümkün deyil . Yalnız bəzi şizofreniyalı xəstələri, öz özlərini qıdıqlaya bilərlər!

Sosial sinxronizasiya
Bir fenomen olaraq kimsə əl çalan zaman yanındakı da əl çalmağa başlayır və tədricən bu dalğa hamıya yayılır. Hamı eyni ritmlə əl çalmağa başlayır. Bu əl çalanların düşünülərək atdığı addım deyil. Həmçinin bunu addımlara da aid etmək olar. Məsələn, yolla gedirsiniz və tədricən yanınızdakı ilə eyni addımlamağa başlayırsınız.

Dünyada psixoloqlar tərəfindən müəyyən edilir ki, 400-dən artıq fobi növü var. Yüksəklik qorxusu məşhur fobilərdən biridir. Bunları açıq sahə qorxusu, qapalı məkan qorxusu müxtəlif heyvanlara qarşı qorxular, təqib edir.

Affiliasiya
Başqa insanlarla ünsiyyətdə, münasibətdə olmağa can atmaq istəyi. Başqa insanlarla emosional, isti münasibətdə olmağı özünə ehtiyac bilmək. Polliani prinsipinə əsasən, bu psixoloji fenomen zamanı, insanlar düşdüyü vəziyyətdə onun özünü də əhatə edən hadisələrə müsbət qiymətləndirmə aparmağa meylli olurlar.

Bir mahnının ən sevdiyiniz mahnı olmasının səbəbi, onu həyatınızdakı romantik bir an ilə eyniləşdirməyinizdən irəli gəlir.

Paris sindromu
Xüsusilə də yaponların tutulduğu qəribə bir psixoloji rahatsızlıqdır. Parisə gəlməzdən əvvəl şəhər ilə bağlı böyük gözləntiləri olan adamlar, şəhərin əsl üzü ilə üzləşəndə depressiyaya girirlər.

Araşdırmalara görə, pulu fiziki olaraq bir şeylərə sahib olmaq üçün deyil, təcrübə qazanmaq üçün xərcləmək insanı daha çox xoşbəxt edir.

Ksenofiliya
Yad insanlara, yad adətlərə, yad əşyalara, yad hadisələrə qarşı daha çox marağın olması. Bu insanlar hətta yad insanlara qarşı daha çox seksual maraq göstərir. Başqa xalqlardan olan, başqa irqdən olan insanları özününkülərdən daha yaxşı (üstün) olduğunu hesab edir.

Anadangəlmə görmə qüsurlu olan adamlar şizofreniya xəstəliyinə tutulmur.
скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir