» » » Qeyri-adi psixoloji həqiqətlər 2

Qeyri-adi psixoloji həqiqətlər 2

Zamir 215
Bir çox asılılıqlar vardır ki, bu bizə çox normal gəlsə də əslində o hansısa psixoloji pozğunluqdur amma bəzi psixoloji pozğunluqlar var ki, eşitdikdə inanmaq çətin olur. Sizlərə hissə-hissə ən qeyri adı psixoloji həqiqətləri təqdim edəcəyik.

Döyüş transı
İnsan psixikasının elə dəyişilmiş bir formasıdır ki, bu zaman insanlar nə ağrı, nə də qorxu hiss edirlər. Maksimum dərəcədə agressiv olaraq kütləvi qırğınlara əl ata bilirlər. Və döyüş transı vəziyyətində bütün qrup üzvləri individuallıqlarını itirib, vahid yumruq kimi birləşir. Döyüş transına düşən insanda altruizm qabiliyyəti yüksəlməyə başlayır və döyüş zamanı düşünmədən tərəfdaşını qorumaq üçün ölümə belə hazır olur.

Kimisə 20 saniyədən uzun müddət qucaqlayanda, beyində ictimai bağlanmadan oksitosin hormonu ifraz olunur və beləcə bu adamın sizə daha çox güvənməsini təmin edirsiniz.

İnanc krizisi
İnsanın öz əmin olduqlarına qarşı konflikt yaranması ilə təzahür edən psixoloji vəziyyət. Fərdin öz qəbullarına qarşı şübhə ilə yanaşması zamanı baş verir. İnsanın inanc krizisi əmin olduğu nəsnələrin inkarı və yaxud qəbul olunması ilə başa çatır.

Rədd edilmək, beyin tərəfindən fiziki bir ağrı kimi qarşılanır.

Koqnitiv dissonans
İnsan dərkində harmoniyanın itməsi kimi qələmə verilir. İnsan beynində ideya, inancın, qiymətləndirilmənin təsəvvür anında baş verən qeyri-dəqiqlik, uyğunsuzluq, anlamsızlığın yaranması. Bu zaman individ özündə psixoloji diskomfort hiss edir. Konqnitiv dissonansın yaranmasına səbəb insan dərkində məntiqi uyğunsuzluq, cəmiyyətin qəbul etdiyi adət-ənənələrlə uyğun gəlməməsi, insanın düşündüyü nəsnə haqqında təsəvvürlərinin az olmasından irəli gəlir.

Sevdiyiniz birini gördüyünüz zaman göz bəbəkləriniz böyüyər. Eyni şey, nifrət etdiyiniz birini gördüyünüzdə də əsaslanır.

Orta yaş krizisi
35-44 yaşlarında depressiya ilə müşahidə olunan emosional vəziyyət. İndivid artıq dərk edir ki, "nə vaxtsa" kimi arzuları artıq geridə qalıb və uşaqlıqda, cavanlıqda arzuladığı şeylərə əli çatmayacaq və yaxud bütün bu imkanlar artıq əldən çıxıb. İnsan reallığı və öz qocalığını dərk etməyə başlayır.

Son tapıntılara görə, fobilər əslində DNT vasitəsi ilə nəsildən nəsilə köçürülən xatirələrdən ibarət.

Ekzistensial krizis
"Biz ümumiyyətlə niyə mövcuduq?" kimi sual haqqında düşünən zaman insanın daxilində baş verən narahatlıq, dərin psixoloji diskomfort vəziyyəti, insanın ani olaraq çökmə anı.

Beyin sıxıcı insanlardan qulaq asdığınız sıxıcı sözləri olduğu kimi qeyd etmir. Onları daha maraqlı hala gətirərək yenidən yazır.
скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir