» » » Qeyri-adi psixoloji həqiqətlər 3

Qeyri-adi psixoloji həqiqətlər 3

Zamir 201
Bir çox asılılıqlar vardır ki, bu bizə çox normal gəlsə də əslində o hansısa psixoloji pozğunluqdur amma bəzi psixoloji pozğunluqlar var ki, eşitdikdə inanmaq çətin olur. Sizlərə hissə-hissə ən qeyri adı psixoloji həqiqətləri təqdim edəcəyik.

Mədəniyyət şoku
Hər hansı bir insanın ilk dəfə rastlaşdığı bir mədəniyyətə sahib cəmiyyət içinə düşərkən beynində yaşadığı mədəniyyət ayrıseçkiliyidir. İnsan əvvəlki və sonra düşdüyü iki müxtəlif mədəniyyət arasında seçim qarşısında qalır və özünü narahat hiss etməyə, stress keçirməyə başlayır.

Hal-hazırda tədqiqatçılar arasında internet asılılığının ağıl xəstəliyi olaraq qiymətləndirilib qiymətləndirməyəcəyi haqqında davam edən bir mübahisə var.

Alisa möcüzələr diyarında sindromu və yaxud mikropsiya
Bu xəstəliyin adı karlik halüsinasiyası və yaxud liliput görüntüsü kimi də tanınır. Xəstə ətrafındakı obyektləri olduğundan kiçik və yaxud böyük dərk edir. Həmçinin bu nevroloji pozuntudan əziyyət çəkənlər obyektləri eyni zamanda həm uzaqda, həm də yaxında hiss edə bilirlər.

Daha əvvəl Yeriyən Meyit Sindromu deyilən xəstəlik eşitmişdinizmi? Bu ruhi pozğunluğa malik olan xəstələr ölü olduqlarını, ətlərinin çürüdüyünü, orqan və qanlarının olmadığını düşünür.

Ailurofobiya
(Айлурофобия) (ingiliscə ailurophobia və ya elurophobia, yunanca αἴλουρος (aílouros) — pişik və φόβος (phóbos) — fobiya). Başqa adları: elinofobiya (felinophobia), qaleofobiya (galeophobia), qatofobiya (gatophobia, ispanca gata – pişik) — pişiklərdən qorxu.

Metafizik intoksikasiya və yaxud fəlsəfi intoksikasiya
Psixopatoloji sindrom olub, heç bir reallığı əks etdirməyən özünü qiymətləndirmədən və tənqiddən uzaq primitiv düşüncə tərzinə deyilir.

Bu gün məktəbə gedən adi bir şagird, 1950-ci ildə psixiatriyadan müalicə görən bir xəstə ilə eyni qayğı səviyyəsinə malikdir.

Sosiofobiya
İrrasional qorxu hissi olub, cəmiyyət içində hər hansı hərəkəti etməkdən imtina; kütlə içində çıxış etməkdən çəkinmə; kiminsə sizə baxdığını hiss etməklə hərəkətlərinizin idarə olunmasını itirmək, yaranan çaşqınlıq; kənardan müşahidə edən olduqda görülən iş zamanı özünü itirmə; cəmiyyət içində sıxılma, özünü narahat hiss etmə və s. kimi təzahür olunur.

Qulaq asdığınız musiqi növü dünya qavrayış formanıza da təsir edir.

Konfabulyasiya və yaxud xatirə halüsinasiyası
Bu psixoloji pozuntudan əziyyət çəkən insanlar öz həyatında heç vaxt baş verməmiş hadisələri, faktları öz adına bağlayır. Məsələn, özünü Napoleon olduğunu iddia etmək. Və yaxud Qız qalasını özü tikdiyini iddia edir.скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir