» » » Cotard sindromu

Cotard sindromu

Zamir 404
Cotard Sindromu gəlmiş keçmiş ən qəribə xəstəliklərdən biridir. Bu sindroma tutulanlar özlərinin ölü olduqlarını sanır, bədənlərində qan olmadığını, bədənlərindən çürümüş ət qoxusu gəldiyini deyirlər.

İngiltərədə bu sindroma tutulan Warren McKindlay adlı bir şəxs, ağlını keçirdiyi bir motosiklet qəzasından sonra öldüyü və o biri dünyaya gedə bilməyib yer üzündə qalmağa məhkum olduğu düşüncəsiylə doldurub. "Qəzada öldüyümə həqiqətən inanırdım, sadəcə nə üçünsə ruhum digər dünyaya keçə bilmədi. Yemək yemək istəmədim, çünki ölü idim. Heç kəslə danışmadan saatlarla otaqda oturdum”. ifadələrini işlədən Warren, qəzadan 18 ay sonra Cotard Sindromuna tutulduğunu anlaya bilib.

Sindrom beynin iki sahəsindəki pozulmanın nəticəsi olaraq ortaya çıxır:
Hissləri tənzimləyən sahə olan amigdala (beynin medial temporal lobunun dərinlərində yerləşən neyronların yaratdığı badam formasındakı beyin hissəsi) və üzləri tanımaq qismi olan fusiform girus ( oksipitotemporal girus olaraq da bilinən 37-ci Broadmann bölgəsindəki temporal lob və oksipital lobun bir parçasıdır).
скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir