» » » Nevrasteniya

Nevrasteniya

Zamir 307
Nevrasteniya və ya asteno-nevrotik sindrom – nevrozlar qrupuna aid olub, uzun müddət psixi və fiziki yüklənmə fonunda sinir sisteminin meydana çıxan patoloji vəziyyətidir. İlk dəfə 1869–cu ildə Amerika psixiatrı D. Bird tərəfindən təsvir edilmişdir. Xüsusən, 20 – 40 yaş arası, daha çox qadınlarda rast gəlinir. Uzun müddətli fiziki gərginlik, istirahətin düzgün təşkil olunmaması, daimi stressli vəziyyətlər, müxtəlif konfliktlər, problemlər, faciələr və s. i. xəstəliyin yaranmasına səbəb ola bilir. Nevrasteniyanın həm də somatik xəstəliklər fonunda yaranması mümkündür.
Nevrasteniya 3 fazada təzahür edir:
I. Hipersteniya mərhələsi – rast gəlinən başlıca əlamətlər: qıcığa qarşı həssaslığın artması, səbirsizlik, dözümsüzlük və diqqətin pozulmasıdır. Bəzən fikirlərin dolaşıqlığı ( astenik mentizm ) da qeyd oluna bilər. Bir müddət keçdikdən sonra xəstəliyin klinikası tədricən dəyişir; II. Qıcıqlandırıcı zəiflik mərhələsi – ümumi zəiflik, əhvalın tez – tez enməsi, yuxuculuq kimi əlamətlər meydana çıxır; III. Hipostenik mərhələ - psixi və fiziki yorğunluğun üstünlüyü ilə cərrəyan edir. İnsanın əmək qabiliyyəti daha da enir, bütün gün əzgin və qəmgin görünür.
Mərhələlərin davamlılığı xəstəliyin ağırlıq dərəcəsindən, orqanizmin fərdi müqavimətindən və xəstəliyə səbəb olan amillərin davam etmə müddətindən asılı olur. Bəzən xəstəlik aylarla bəzən isə illərlə davam edə bilir.
Xəstəliyin əsas əlamətlərindən biri- günün ikinci yarısında meydana çıxan baş ağrıları olub, diffuz xarakter daşıyır. Ağrı ilə eyni zamanda, insanın başında papaq formasında təziqedici bir sıxıntı – “nevrostenik dəbilqə” yaranır. Xəstəliyin ikinci əlaməti – baş gicəllənmədir. Bu zaman insan başının fırlandığını hissə edir, amma bu hissiyat ətrafdaki əşyalara aid olmur. Baş gicəllənmə xüsusi ilə güclü həyəcan, fiziki gərginlik, hava dəyişkənliyi fonunda yaranır. Bundan başqa pasiyentlərdə nəbzin sürətlənməsi, ürək döyünmə, ürək nahiyəsində sancı şəkilli ağrılar, arterial təzyiqin qalxması, selikli qişaların avazıması və ya hiperemiyalaşması halları rast gəlinir. Prosesə mədə – bağırsaq pozuntuları da qoşula bilir.
скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir