» » » Psixoloji məsləhətlər 10

Psixoloji məsləhətlər 10

Zamir 195
Fasilə edin
Tez-tez açıq havada gəzintiyə çıxın, sıxıldığınız hallarda fasilə edin. Bu sizin hadisələrə fərqli perspektivdən yanaşmanızı təmin edəcək. Məsələn, həyat yoldaşınızla hər hansı probleminiz var və ya işdə hansısa çətinliklərlə qarşılaşmısınız, ani reaksiyalardan qaçın, fasilə edin, ətraflı şəkildə düşünün və sonra hərəkətə keçin. Bununla yanaşı, davamlı şəkildə çalışmayın, fasilə etməyi bacarın. Baltanızı tanımadan yeni odunlar kəsməyə hazırlaşmayın.

Hərəkətə keçməzdən əvvəl iki dəfə düşünün
Hərəkətə keçməzdən əvvəl, səbəbləri ilə birlikdə hərəkətləriniz haqqında düşünün. Əgər işçiniz, sizə də təsir edə biləcək müəyyən yanlışlıq edibsə, dərhal özünüzdən çıxmayın. Ən düzgün çıxış yolu üzərində düşünün. Bunu iki dəfə etdikdən sonra hərəkətə keçin. İki dəfə dinləyib, bir dəfə danışmağımız üçün, iki qulağımız və bir ağzımız olduğunu unutmayaq.

Sahib olduğunuz şeylərin dəyərini bilin
Ətrafınıza baxın və sahib olduğunuz hər şeyin dəyərinin fərqinə varın. Yoldaşlarınız, ailəniz, karyeranız, eviniz və ya başqa hər hansı bir şey. Hətta bu öz-özlüyündə xoşbəxtlik qaynağıdır. Mənfi şeylərin həyatımıza necə girdiyinin əhəmiyyəti yoxdur, biz sahib olduğumuz şeylər üçün şükr etməliyik. Fərqli bir yöndən baxın və həyatınızdakı gözəl şeylərin dadını çıxarın.

Həmişə xoşbəxt olmaq məcburiyyətində deyilsiniz
Bəzən, özünüzü pis hiss etməyinizin heç bir mənfi tərəfi yoxdur. Hər zaman sevincli, emosional, enerjili olmaq məcburiyyətində deyilsiniz. İşlərin yolunda getmədiyi, özünüzü pis hiss etdiyiniz günlər də olacaq. Dərd etməyin, problemlər də keçər.

Məntiqlə hərəkət edin
Problemlərə məntiqlə yanaşın. Hisslərinizlə hərəkət etsəniz, nəticələrlə barışmaq məcburiyyətində qalarsınız.

Dedi-qodudan uzaq olun
Ətrafınızda gəzən neqativ söhbətlərə qoşulmayın. Əgər qarşınızdakının bu istiqamətdə davam etdiyini görsəniz, üzr istəyərək mədəni şəkildə ordan uzaqlaşın.

Günə gözəl başlayın
Günə gülümsəyərək başlayın. Bugün, bacara biləcəyiniz və xoşladığınız bir çox şeyə sahib olacaqsınız. Həyat qısadır...! Ancaq, bu gün geriyə qalan həytınızın ilk günü. Bunu əsla unutmayın.

Çox vaxt insanlar öz bacardıqlarını edə biləcəyinə əmin deyillər. Əgər sən öz hərəkətlərinə bunu edə biləcəyinə əminlik yarada bilsən, insanları bu yolla özünə cəlb etmiş olarsan.

Əgər sənin işin çoxlu insanlarla işləməkdirsə, o zaman özündən arxada bir güzgü qoy. Çünki insanlar özünü əsəbi və qıcıqlandırıcı görmək istəmir.

Əgər hər hansı görüşdə kimdənsə sənə qarşı sərt kritika gözləyirsənsə, çalış həmin adamın yanında otur. Belə olan halda onun sənə qarşı reaksiyası da yumşalayacaq. Məsafə nə qədər uzaq olarsa, bir o qədər daha sərt reaksiya göstərə bilər.
скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir