» » » Psixoloji məsləhətlər 12

Psixoloji məsləhətlər 12

Zamir 116
1. Müxtəlif obyektlər ilə statusunuzu qaldırmaq əvəzinə, (çünki onların sizə verdiyi üstünlük müvəqqəti xarakter daşıyır) onu təcrübə ilə yüksəldin. Başqa sözlərlə, Parisə səyahət etmək, daha yaxşı seçimdir, nəinki yeni bir şkaf və ya dolab almaq. Araşdırmalar göstərir ki, belə bir seçim həyatdan əldə etdiyiniz məmnuniyyət səviyyəsini artırır.

2. Əgər siz ehtiyac içində yaşayırsınızsa, pul problemini həll edin. İnternetdən istifadə edin, çünki o, sizə auksionlarda daha ucuz alış veriş etmək imkanı verəcək. Əgər siz indi əməkhaqqından-əməkhaqqına yaşayırsınızsa, planlaşdırma müddətini iki həftə əvəzinə üç həftəyə qədər uzadın. Sonra işlər daha yaxşı gedəndə, bir aya, daha sora isə üç aya planlar qurmaq olar. Daha sonra planların müddəti 6 aya və nəhayət 1 ilə çatacaq. Məqsəd sizin beş il qabağa plan qura biləcəyiniz məqama yetişməkdir.

3. Proyekt qurmağı öyrənin. Bu məntiqin, yaddaşın və təxəyyülü əla inkişaf etməyinə səbəb olur.

4. Gənclikdə əlavə çəki yığmayın. Sizin hormonlarınız ilk öncə sizə bu məsələdə kömək olacaq, amma bu imkanı itirmək olmaz, inanın mənə.

5. Yemək hazırlamağı öyrənin. Bu sizin həyatınız çox-çox asanlaşdıracaq, qidalanma daha sizin üçün yorucu və ya üzücü bir iş olmayacaq, o sizin üçün bahalı ehtiyacdan sevimli bir məşğuliyyətə çevriləcək. Bu zaman vəsaitlərə qənaət etmək də imkanınız olacaq.

6. Yuxunuzu yaxşı alın. Yaxşıca yatmaq və yeməyin sərbəst şəkildə hazırlanması sizə əlavə çəki yığmamağa kömək edəcək. Əgər “öləndə kifayət qədər yatmağa vaxtım olacaq”, “mən hələ çox şey etməliyəm, yatsam bunların heç birini çatdıra bilməyəcəm” deyə düşünsəniz, onda qoyun sizə deyim ki, yuxunuzu yaxşı almamış, siz yetərincə effektiv ola bilməyəcəksiniz, yuxu vaxtının ixtisar edilməsi sizə heç nə ilə kömək etməyəcək.

7. Özünüz üçün gündəlik –yaddaş kitabçası tutun. Beyninizə qurulmuş yaddaş ilə kifayətlənməyin, təkcə ona arxayın olmayın. Situasiyanı o həddə gətirməyin ki, edilməsi vacib olan işləri gecikdirərək edəsiniz. Nə yazmısınızsa, onu da edin, diqqətinizə başqa işlər görməyə yönəltməyin. Yalnız qeydlərinizə etibar din.

8. Özünüzə böyük hədəf təyin edin və təsadüflərin sizə kömək etməsinə də imkan verin. Özünüzə hədəf təyin etməsəniz, əlbəttə ki, şanslar olacaq, amma etsəniz, əmin olun ki, gözlədiyinizdən daha çox olacaq.

9. Hər hansı bir işdə peşəkar-mütəxəssis olun. Beş ilinizi əsl mənada işə həsr edin, onun ətrafında dolaşmayın, o tərəf bu tərəfə çox vurnuxmayın. Sonra peşənizi dəyişmək istəsəniz, buyurun yol açıqdır, amma konkret bir seçim edin. (Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan).

10. İnsanları düzəltməyə çalışmayın, daha yaxşı olar ki, hələ ki korlanmamış insanlar tapasınız.
скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir