» » Bu qarışqalar tibb dünyasını dəhşətə gətirdi

Bu qarışqalar tibb dünyasını dəhşətə gətirdi

Nurlan 314
Olduqca kiçik və şüursuz zənn etdiyimiz qarışqa bütün tibb dünyasını dəhşətə gətirib. Elmi təcrübələrini kiçik həşəratlar üzərində aparan isveçrəli alim , “Formica paralugubris” cinsindən olan qarışqaların qeyri-adi “istedada” malik olduğunu iddia edir. İxtisasca bioloq olan Michel Chapuisat apardığı araşdırmalar nəticəsində bu ağılsız həşəratların tibb elmi üçün olduqca vacib sayılan çox təsirli mikrob təmizləmə üsülu vasitəsilə öz ailələrini xəstəliklərdən mühafizə etdiyini müəyyənləşdirib. Yuvalarının ətrafındakı şam ağaclarından əldə etdiyi mayeləri, qatar şəkildə içəriyə daşıdıqlarını müşahidə edən Michel: “ Heyvan davranışlarını araşdırarsaq, insanların istifadə edə biləcəyi bir çox kimyəvi yeniliklər tapa bilərik "-deyərək, öz təəccübünü gizlətməyib.
Bioloq və onun iş komandasının birgə apardığı bu elmi araşdırma nəticəsində məlum olub ki, qətrana bəzəyən, lakin fərqli kimyəvi tərkibinə sahib bu mayələr sayəsində “Formica paralugubris” qarışqalarınin yuvası digər cinsdən olan qarışqa yuvalarına nisbətən daha rütubətsiz və bakteriyasız olub.
Qarışqaların mikrob və antibiotik arasındakı əlaqəni bilmədən yığdıqları antiseptik xüsusiyyət daşıyan bu qətran ilə yuvalarını xəstəliklərdən qoruması mütəxəssisləri xeyli heyrətləndirib.


Sevda Babyeva
скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir