» » Uşaqları bu qidadan uzaq tutun

Uşaqları bu qidadan uzaq tutun

Zamir 272
Uşaqların ən sevimli qidası olan çipsilər, sən demə elə ən təhlükəli qidalar sırasında birincilərdəndir. Dünyanın ən tanınmış mütəxəssisləri birlikdə apardıqları araşdırmaların nəticəsi olaraq belə bir qənaətə gəliblər.

Mütəxəssislərin apardıqları araşdırma nəticəsində məlum olub ki, çipsilərin tərkibindəki trans yağlar insan bədənindəki normal temperaturda ərimir. Nəticədə bu yağlar bədəndə toplanılır və qandakı yağ nisbətini çoxaldır. Bu da öz növbəsində ürək xəstəliklərinə, köklük, diabet, qaraciyərin funksiyasının pozulması kimi problemlərə yol açır. Lakin sadaladıqlarımız son deyil. Balacaların mütəmadi olaraq istifadə etdiyi çipslər onlarda sonsuzluq, xərçəng, altsheymer, parkinson kimi xəstəliklərə də gətirib çıxara bilir.

Təbii ki, balacalara bu çipsilərin yaradacağı təhlükələri başa salmaq, onları bu qidadan uzaq saxlamaq o qədər də asan deyil. Bəs çıxış yolu nədir? Uşaqların çipsilərə olan sevgisini nəzərə alan mütəxəssislər çıxış yolu olaraq yaxın zamanlarda bu qidanın zərərsiz növünü istehsal etmək haqqında düşünürlər. Lakin həmin zamanın nə vaxt gələcəyi barədə heç bir açıqlama verilmir.


ATV xəbərə istinadən
скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir