» » Elekton siqaret zərərlidir

Elekton siqaret zərərlidir

Zamir 100
XXI əsrdə insanların həyatını təhlükə altında qoyan və dünya səviyyəsində ciddi narahatlıq doğuran problemlərdən biri də tütün alüdəçiliyidir. Araşdırmalara görə, tütündən istifadə hər il 200 milyard ABŞ dolları həcmində qlobal iqtisadi itkilərlə nəticələnir. İnsanlığı bu problemdən xilas etmək məqsədilə bu asılılığın qarşısının alınması üçün hər il milyardlarla dollar pul xərclənir. Belə ki, siqareti tərgitmək üçün yeni vasitələr araşdırılır və satışa verilir. Bu vasitələrdən ən geniş yayılanı isə elektron siqaretlərdir.

“VİP Smoke” adı altında bazara çıxarılan bu siqaretlər dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da geniş yayılıb. Elektron siqaret istifadəçiləri bu məhsulun insan orqanizminə heç bir zərəri olmadığını deyirlər. Amma son illərin ən böyük kəşflərindən sayılan bu siqaretlərin insan orqanizminə zərərli olduğunu iddia edənlər də az deyil. Hətta bəzi Avropa ölkələri bu siqaretlərin ölkələrində satışına qadağa qoyublar.

Elektron siqaretlər nədir?
Elektron siqaretləri ilk dəfə Ruyan Group Ltd Honkonq şirkəti ixtira edib. İxtira şirkət rəhbərinin atasının siqaret aludəçiliyi nəticəsində ağciyər xərçəngindən ölməsindən sonrakı dövrə təsadüf edib. Şirkət elektron siqareti 2003-cü ildə pantentləşdirib. Bu siqaretlərin satışına isə ilk dəfə Argentinada başlanılıb. Elektron siqaretlər xarici görünüşünə görə, adi siqaretlərdən fərqlənmirlər. Onlar akkumlyatordan, buxar generatordan və ətirli maye ilə doldurulmuş dəyişik katriclərdən ibarət olan borucuqdur. Katricində olan maye isə nanə, tütün, çiyələk və vanil ətirlidir. Siqaretin ucu qullab vaxtı yanır, çəkən adam “tüstünü” alanda bu, çəkmə prosesini təqlid etməyə imkan verir. Elektron siqaretlərin qiyməti adi siqaretlərdən çox bahadır. Belə ki, bu siqaretlərin qiyməti modelindən asılı olaraq 20-100 manat arasında dəyişir.

“Xeyrini görmədim”
10 ildir ki, siqaret aludəçisi olan Fərid Quliyev siqaretdən qurtulmaq üçün elektron siqaret istifadə etsə də, heç bir xeyrini görmədiyini deyir: “Mən uzun müddətdir ki, bu zərərli maddədən qurtulmaq istəyirdim. Lakin nəfsimə qalib gələ bilmirdim. Bir neçə müddət bundan öncə də elektron siqaretdən istifadə etməyə başladım. Ancaq bu metod məni cəmi 5 gün siqaretdən ayıra bildi. Ayıra bilməməklə yanaşı, siqaretə həvəsimi daha da artırdı. Bu səbəbdən ondan istifadəni dayandırdım”.

“Elektron siqaretlər siqaret asılılığını gücləndirir”
Avropa ölkələrində və Türkiyədə aparılan tədqiqatların nəticələrinə görə, elektron siqaretin tərkibində “dietilen glikol” adlı bir maddə var ki, insan orqanizmi üçün zəhərlidir.

Türkiyənin Qara dəniz Texniki Universitetinin Tibb fakültəsinin professoru Tevfik Özlü elektron siqaretin siqareti atmaqda təsirli olduğuna dair heç bir faktın olmadığını deyib. Siqareti atmağın farmakaloji və davranışla bağlı olmaq üzrə iki mərhələsinin olduğunu deyən professor elektron siqaretin alışqanlığı gücləndirməkdən başqa bir şeyə yaramadığını bildirib. Professor deyib ki, nikotin bəlasından uzaqlaşmaq istəyən insanların çox olduğunu görən fırıldaqçılar elektron siqareti onlara satmağa çalışırlar.

Elektron siqaretlə bağlı tədqiqat aparılmayıb
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev qəzetimizə bildirdi ki, elektron siqaretin fəsadları ilə bağlı hələ əsaslı tədqiqat aparılmayıb: “Bu yaxınlarda Ankarada tütünün yaratdığı problemlərlə bağlı müzakirədə iştirak edərkən elektron siqaret məsələsinə də toxunuldu. Lakin bu məsələ ilə bağlı əsaslı tədqiqatlar aparılmadığı üçün heç kim dəqiq fikir söyləyə bilmir”.
Terapevt həkim Eldar Həsənzadə isə bizimlə söhbətində bildirdi ki, istər elektron siqaret, istərsə də adi siqaret tərkiblərində tüstü olduğu üçün nəfəs borusunda və ağciyərdə ciddi fəsadlar yaradır.

Elektron siqaret aludəçiliyi
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, elektron siqaretlər heç də siqareti atmağa kömək edən vasitə deyil: “Artıq iki ildir ki, Azərbaycanda elektron siqaretlər adlandırılan məhsullar satışa çıxarılıb. Qiymətlərinin baha olmasına baxmayaraq, bu siqaretlər insanları siqaret asılılığından qurtara bilmir. Araşdırmalar göstərir ki, bu məhsulun tərkibində nikotin var və belə olduğu üçün normal siqaretdən sonra insanlar elektron siqaret alüdəçilərinə çevrilirlər. Bu sahədə maarifləndirici təbliğat aparmağa böyük ehtiyac var. Siqaret kimi zərərli vərdişlərdən qurtulmağın tək yolu güclü iradədir. Əgər kimin iradəsi güclüdürsə, bu asılılıqdan yaxa qurtara bilər”.


Aygün Cəfərli
скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir