» » Stressin idarə olunması

Stressin idarə olunması

Zamir 257
Stress – orqanizmamızın daxili və xarici qıcıqlara qarşı verdiyi cavab reaksiyasıdır. Özümüzü narahat, gərgin və ya təzyiq altında hiss etdiyimiz zaman stress keçirdirik. İş və ya gündəlik həyatda rastlaşdığımız çətinliklər, mübarizə aparmalı olduğumuz situasiyalar, gərgin iş rejimi, istər ailəmizlə və ya dostlarımızla, istərsə də iş yerində üzərimizə götürdüyümüz məsuliyyətlər də stressin yaranmasına səbəb ola bilər.

Stresslə mübarizə apararaq performansımızı yüksəltmək üçün içində olduğumuz situasiyanı və ya həmən situasiyaya verdiyimiz reaksiyaları dəyişdirməyə deyilir. Stressin idarə olunması zamanı bir sıra texnika və strategiyalardan istifadə olunur ki, bu zaman istifadə olunan texnika və strategiyalar şəxsə görə dəyişə bilər və hər kəsdə eyni effekti verməyə bilər. Lakin, nəticə etibarı ilə bütün strategiya və texnikaların hamısı demək olar ki, indiviual təsirə malikdir, yəni şəxsin stress yaşadığı zaman onun daxili düşüncə və reaksiyalarını tənzimləmək üçündür. Bunlara aşağıdakıları misal göstərmək olar:

- Meditasiya
- Tənəffüs məşqi
- Relaksasiya hərəkətləri
- Dieta və sağlam qidalanma
- Ailə üzvlərindən və ya dostlardan sosiallaşmaq üçün yardım istəmək
- Zamanın düzgün bölünməsi və idarə olunması
- Terapevtik masajlar
- İdman və ya incəsənətlə məşğul olmaq

Yuxarıda sadalananlar stressin azaldılmasında böyük rol oynayır. Lakin stressdən şiddətli şəkildə şikayətlənirsinizsə bir mütəxəssisə müraciət etməyiniz mütləqdir. Çünki, uzun müddət yaşanan stress bir çox psixoloji və fizioloji problemlərə yol açır.

Psixoloq Vüsal Alquliyev

скачать dle 10.5фильмы бесплатно

Məqaləni paylaş

Rəyini bildir