psixoloq.info » Manşet » Psixoloji impotentsiya

Psixoloji impotentsiya

Zamir 1 344
Kişilərdə psixogen mənşəli erektil disfunksiya yəni impotensiya--streslər, həyatı problemlər , əsəbilik, qorxu, depressiya, kişinin özündən narazılığı nəticəsində yarana bilər. 40 yaşa qədər kişilərdə cinsi zəiflik daha çox psixoloji faktorlarla əlaqədər olur. Psixoloji cinsi zəifliyi başqa növ cinsi zəifliklərdən neçə ayırd etmək olar:
1. Psixogen mənşəli erektil disfunksiya adətən birdən birə baş verir.
2. Psixi travma və ya əks cinsin nümayəndəsi ilə anlaşa bilməmək nəticəsində əmələ gələ bilər.
3. Səhər ereksiyaları saxlanılır.
4. Situasiyadan və tərəf müqabilindən asılı olaraq cinsi fəaliyyət dəyişir-gah qənaətbəxş,gah da zəif olur.
5. Bəzən cinsi əlaqəyə girməzdən əvvəl kişidə qorxu, ürək döyünmə, həyacan, tərləmə kimi əlamətlər müşahidə olunur.

Müalicəsi:
Psixogen mənşəli cinsi zəiflik adətən qısa müddətdə mualicəyə tabe olur. İlk növbədə kişiyə xəstəliyin səbəbini izah etmək lazımdır. Psixoloji problemi yaradan faktoru aradan qaldırmaq mümkündürsə, bunu müzakirə etmək lazımdır. Eyni zamanda psixoterapiya, vitaminoterapiya və digər dərman preparatları təyin oluna bilər.

Məqaləni paylaş

Rəyini bildir