psixoloq.info » Manşet » Psixoloji filmlər 1

Psixoloji filmlər 1

Zamir 611
Black Swan (2010) (Qara Qu Quşu)
New York-da yaşayan Nina, gənc və bacarıqlı balerindir və köhnə balerin olan anası ilə qalmaqdadır. Qu Quşu Baletini səhnələşdirən rejissor Thomas Leroy, Ağ Qu Quşu-nu canlandıran baş balerini dəyişdirməyə qərar verir və ilk namizəd kimi Nina-nı görür. Rejissor zərif, günahsız və saf Ağ Qu Quşu ilə pisliyin, ehtirasın və naməlumluğun təmsilcisi Qara Qu Quşu-nu eyni anda oynaya biləcək bir balerin axtarır. Nina bunu həyata keçirmək üçün əlindən gələni etsə də, bu rol üçün başqa bir rəqibi də var və o da rejissoru təsirləndirməyi bacarmışdır. Ağ Qu Quşu rolunun öhdəsindən məharətlə gələn Nina, nə qədır çalışsa da daxilindəki Qara Qu Quşu-nu ortaya çıxara bilmir. Lakin rəqibi Lily-nin Qara Qu Quşu performansı Nina-dan daha yaxşıdır. İki gənc balerin arasındakı rəqabət qəribə bir dostluğa çevrilərkən Nina da öz qaranlıq tərəfləri ilə üzləşməyə başlayır.



Before I Go to Sleep (2013) (Yatana Qədər)
Christine Lucas (Nicole Kidman) qəzaya uğradığına görə hər səhər oyandıqda dünən baş verənlərin heç birini xatırlamır. Bu vəziyyət o ətrafındakıları sorğu-sual edənə kimi davam edir. Film, S.J. Watson'un bestsellerindəndir.


Məqaləni paylaş

Rəyini bildir