psixoloq.info » Manşet » Stokholm sindromu

Stokholm sindromu

Zamir 523
Stokholm sindromu - Əsir olaraq götürülmüş insanlarda psixoloji reaksiyaya verilən addır, həmin şəxs onu əsir götürən insana simpatiya, sədaqət, hətta itaət hissləri ilə bağlanırlar. Adı keçən sindrom bəzən həm də xanımını döymək, zorlama və uşaqlara ağır münasibət hallarında da yada düşür. Güclü şokun təsiri altında girovlar onları girov götürən şəxslərə təəssübkeşlik etməyə, onların hərəkətlərinə bəraət qazandırmağa və son nəticədə özlərini onlarla eyniləşdirməyə başlayırlar, onların ideyalarını qəbul edirlər və özlərinin “ümumi” məqsəd naminə qurban verilmələrini zəruri hesab edirlər.

Dominant xarakterli ailə-məişət münasibətləri zamanı məişət xarakterli Stokholm sindromu yarana bilər. Sindromun adı Stokolm (İsveç) şəhərində bank qarəti ilə əlaqədardır (23-28 avqust 1973). Adı keçən hadisə zamanı əsirlərin qarətçilərə simpatiyası və müdafiələrinə qalxması ilə yadda qalmışdı. Hətta qarətçilərdən biri ilə əsirlərdən biri daha sonra ailə həyatı qurmuşdular.

Stokholm sindromunun baş verdiyi hallar:
- Siyasi xarakterli terror aktları (girov götürmə);
- Hərbi əməliyyatlar (məsələn, əsir götürülmə);
- Düşərgə və həbsxanalarda azadlıqdan məhrumetmə;
- Məhkəmə prosedurlarının həyata keçirilməsi;
- Siyasi qrupların və dini sektaların daxilində şəxsiyyətlərarası avtoritar münasibətlərin inkişaf etməsi;
- Milli adətlərin həyata keçirilməsi (məsələn, qız qaçırma);
- İnsanların qul kimi işlədilmə, şantaj və ya pul alınması üçün oğurlanması;
- Ailədaxili, məişət və ya seksual zorakılıq zamanı.

Stokholm sindromu ruhi xəstəliklərin təsnifatının beynəlxalq sistemlərinin heç birinə daxil edilməmişdir.
Stokholm sindromunun ən məşhur nümunəsi Patı Herstin (Patty) adı ilə bağlıdır. Milyonçunun qızının oğurladıqdan sonra aralarında simptiya və sevgi yaranır və bir yerdə qarətçilik etməyə başlayırlar.

Stokholm sindromunun əksi Lima sindromudur.
Stokholm sindromuna Lavrenyevin “Qırx birinci”, Jerar Depardye və Pyer Rişarın çəkildiyi “Qaçanlar” və Brüs Uillisin “Məğlubedilməz” filmlərində (sonuncu filmdə o səhvən “Helsinki sindromu” adlandırılır) rast gəlmək olar. “Muse” qrupunun “Absolution” albomunda “Stockholm Syndrome” adlı mahnı var.

Milyonlarla şimali koreyalının vəfat edən Kim Çen İr üçün ağlamağını “Dövlət səviyyəsində Stokholm sindromu” adlandırmışdılar. Mark Tvenin “Haklberi Finnin macəraları” romanında Tomun banda qurmaq təklifi ilə bağlı epizodda Stokholm sindromunun mexanizmini təsvir edən epizod var.

“Bura bax, biz qadınları da öldürəcəyikmi? - Ben Rocers, mən kəmsavad olsaydım susardım. Qadınları öldürmək! Kitablarda bu barədə heç nə yazılmayıbsa, bu nəyə lazımdır? Onları mağaraya gətirirsən, onlarla mümkün qədər nəzakətlə davranırsan və onlar da yavaş-yavaş sənə vurulurlar və evə qayıtmaq istəmirlər.”

Məqaləni paylaş

Rəyini bildir