psixoloq.info » Manşet » Telefonun uşaqlara ziyanı

Telefonun uşaqlara ziyanı

Leyla.E 549
Ailə psixoloqu Yekaterina Mulaşova maraqlı bir psixoloji tədqiqat aparıb.

O tədqiqatdan əvvəl fərziyə edirdi ki, müasir uşaqlar mobil və buna bənzər cihazlarsız özlərini təhlükədə hiss edirlər.

68 uşaq üzərində aparılan tədqiqat zamanı, uşaqlar 8 saat ərzində heç bir texnoloji avadanlıqdan istifadə etmədən, öz vaxtlarını rəsm, heykəltaraşlıq, kitab oxuma kimi fəaliyyətə sərf etməli idilər. 68 uşaqdan yalnız 3-ü bu tapşırığa tam riayət edə bildi. Yalnız 7 uşaq 7 saat vaxtını cihazlarsız keçirə bildi. Tədqiqat iştirakçıları olan digər uşaqlar isə bir neçə saatdan sonra baş ağrılarını, qızdırmalı olduqlarını, yuxuları gəldiyini, çox yorulduqlarını əsas gətirərək tədqiqatı yarımçıq tərk ediblər.

Bu tədqiqatın nəticəsi valideynləri mobil və digər elektron bənzər cihazlarla uşaqların əlaqəsini diqqətdə saxlamağa səsləyir.

Məqaləni paylaş

Rəyini bildir