psixoloq.info » Maraqlı » Həftənin günlərinə görə xarakter

Həftənin günlərinə görə xarakter

Nurlan 1 284
Həftənin hansı günündə anadan olmusunuz? Artıq bu parametrə görə də xarakter öyrənmək mümkündür

Bazar ertəsi
Bazar ertəsi dünyaya gələn şəxslər inadçıl və məqsədyönlü olurlar. Lakin əfsuslar olsun ki, zirvələrə ucalmırlar. Bu şəxslərin nə danışdığı onların əhval-ruhiyyəsindən asılıdır. İlk iş günündə dünyaya göz açanlar tənqidə nifrət edirlər, amma onlar ətrafdakılarla zarafat etməyi də çox sevirlər.

Çərşənbə axşamı
Həftənin ikinci günü doğulanlar səliqəsiz şəxslərdir. Lakin bu insanlar xirdaçılıq etməyi sevmirlər. Çox yalan danışırlar, eyni zamanda buna görə utanc hiss keçirmirlər. Amma unutmayın ki, çərşənbə axşamı doğulan şəxslər vəfalı dostlardır, çünki onlar hər an kömək etməyə hazır olurlar. Bu şəxslər çox pul qazansalar da, az xərcləyirlər.

Çərşənbə
Çərşənbə günü dünyaya göz açan şəxslər cəlbedici olurlar. Onlar xarici görünüşlərinə nəzarət etməyi bacarırlar. Bu şəxslər ailə üçün idealdırlar. Belə ki, onlar həm düzgün, həm təmizkar, həm də evdardırlar. Buna baxmayaraq bəzən onlar ürəklərində tənha olurlar. Bu insanlar ailəyə çox bağlı olduqlarından, elə də imkanlı olmurlar.

Cümə axşamı
Dördüncü gün anadan olan şəxslər qürurlü və saf insanlardır. Onlar ətrafdakılara xoş niyyətlə davranırlar, və heç vaxt heç kimdən heçnə gözləmirlər. Tez aşiq olurlar, tez də unudurlar. Cümə axşamı doğulanlar yaxşı dost və valideyndirlər. Onlar üçün ən vacib rahatlıq və sakitlikdir. Karyeralarında çox böyük nailiyyətlər qazanmırlar.

Cümə
Cümə günü dünyaya göz açanlar əzəmətli yerişdən tanınırlar. Bu şəxslər fəhlə kimi çalışsalar belə, özlərini rəhbər kimi aparırlar. Yaradıcı insanlardır. Kitabları sevirlər. Ən əsası isə çox xəyalpərəstdirlər. Təhsildə çox vaxt əlaçı olurlar.

Şənbə
Həftə sonunda dünyaya gələn şəxslər tənbəlliklə fərqlənirlər. Onlar avam olurlar və başqalarının hesabına istirahət etməyi sevirlər. Öz günahlarını tez yumağı bacarırlar və qəsdən heç kimi incitmirlər. Gözəl bədən quruluşuna, saçlara və zövqə malik olurlar.

Bazar
Əyər siz bazar günün düyaya göz açmısınızsa demək sizin güclü qorucu Mələyiniz var. Bazar günü adətən anadan olan şəxslər çox xoşbəxt olurlar. Onlar uzun ömür sürürlər. Bu şəxslər adətən alim, siyasətçi və ya musiqiçi olurlar. Onlar xarizmatik görünüşə malikdirlər, insanların etibarını və ümüdlərini doğrultmağı bacarırla

Məqaləni paylaş

Rəyini bildir