psixoloq.info » Maraqlı » Məqalələr » Cızma-qaralarınız xarakterinizdən xəbər verir

Cızma-qaralarınız xarakterinizdən xəbər verir

Nurlan 2 576
Bəzən insanlar heç fərqinə varmadan qarşısındakı vərəqə, masaya və ya salfetə cızma-qaralar yazırlar. Kədərli və ya nəşəli anlarımıza təsadüf edən bu qaramaları yəqin ki, Sizlər də əhəmiyyətsiz hesab edirsiniz. Lakin psixoloqlar hər bir yazının grafoloji qarşılığı olduğunu və məhz buna görə bu əyri-üyrü yazılara önəmsiz yanaşmamağı tövsiyə ediblər.
İstəyərək və ya fərqinə varmadan qələmə alınan bu fiqurların bənzərliyinin təsadüfi olmadığını vurğulayan İngiltərənin Grafoloji (Əlyazmalar ) İnstitutunun mütəxəsisləri bu şifrəli işarələrin insan xarakterinə dair bir ipucu olduğunu iddia edirbər.
Psixoloq Azərbaycan Şirkətinin Uşaqlarla İş üzrə mütəxəssisi Günay İsmayılova da şüur altımız və psixologiyamız ilə olan bu metod vasitəsilə terapiyaya gələn az yaşlıların probleminin güvənsizlik, qorxu və ya başqa səbəb olduğunu aydınlaşdırdığını və müalicənin bu yolla doğru aparıldığını bildirib.
Digər davranış şəkilləri kimi bu cızma-qaralar vasitəsi ilə də yaşından asılı olmayaraq insanların daxili duyğularını, şəxsiyyətini müəyyənləşdirmək, hətta əl yazılarını doğru analiz edərək gənclərə karyera məsləhətini vermək belə mümkündür.
Xarakterimizi qismən də olsa əks etdirən bu cızma-qaraların mənalarını aşağıdakı interpretasiyada öyrənə bilərsiniz:

PORTRET : Qarışıq çəkilmiş bir sifət digərlərinə qarşı etibarsız duyğulara , komik ifadəli bir sifət şəkili diqqət çəkmə istəyinə işarə edər.
TOR: Hiss edirsiniz ki, riskli və ya narahat vəziyyətə düşmüsünüz. Sizi incidən və qıcıqlandıran şeyləri udmağa
meyllisiniz.
ÇİÇƏK : Bir çox çiçəyi bir arada qaralamaq fərdin sosialliğini , sapı əyri çiçək isə narahatlığı təsvir edir.
KƏSIŞƏN ÜRƏKLƏR: Siz hisslərlə dolusunuz, sanki bütün dünyanı öpmək istəyirsiniz. Hisslərinizi gizlətməyə ehtiyac yoxdu. Onlar haqqında danışmaq lazımdır
KƏPƏNƏK : Heç bir şeyə bağlanmaq istəməyən və ya ruh halını əks etdirir.
HƏNDƏSİ FİQURLAR : Aldadılmanız mumkunsüzdür. Çünki nə istədiyinizi və nə vəd etdiyinizi çox yaxşı bilirsiniz. Heç kimdən fikirlərinizi gizlətmirsiniz , tədbirli insansınız.
ÜRƏK : Xüsusi birinə qarşı duyulan romantik yaxınlığı işarələr.
PİLLƏKƏN və ya NƏRDİVAN : Bir məqsədə istiqamətli ehtiras və iradəni göstərir . Ayrıca , daha xoşbəxt və rahat olma istəyini bildirir.
QARIŞIQ NAXIŞLAR : Qarışıq və ətraflı qaralamalar , takıntıları işarələr. Bu kəslər , duyğularını müəyyən etməkdən xoşlanmaz
DAİRƏLƏRİN KƏSİŞMƏSİ: Bu şəkil sabit və daimi əlaqə haqqında fikirlərin göstəricisi olsa da çox vaxt nədəsə iştirak etmək istəyini də ifadə edir. Siz hal-hazırda hadisələrdən kənarda qaldığınızı, təcrid olunduğunuzu hiss edirsiniz.OX: Dik və düzgün bir ox hədəfə göstərilən əhəmiyyəti , naxışlı bir ox isə arzuları ifadə edər.
RƏQƏMLƏR: Daim vərəqdə rəqəm cızma-qara edən insanları müstəsna olaraq maddi dəyərlər narahat edir. Rəqəm şəkli çəkən insanlar ilk variant olaraq – haradan və necə pul qazanmaq barədə, ikinci variant olaraq isə boclardan necə xilas olmaq barədə düşünür.
ARI ŞANI : Problemsiz həyatı və sakit mühiti xoşlayırsınız. Bütün işlərinizi qaydasında görmək,günlərinizi isə macərasız keçirməyi arzulayırsınız. Dostlarınızın çoxluğundan zövq alırsınız.
GƏMİ və TƏYYARƏ : İçində edilən vəziyyət və mühitdən qaçma istəyini göstərir .
EV : Təhlükəsizlik ehtiyacında olunduğunu işarələr. Əyri -üyrü ev isə yaşanılan evdəki bədbəxtliyi təmsil edər.
ŞAHMAT LÖVHƏSİ: Siz bir qədər çətin vəziyyətdəsiz. Əgər belə şəkilləri cəkməyi mütəmadi olaraq davam edirsinizsə, deməli gizli komplekslərdən əziyyət çəkirsiniz.
AD, İMZA : Öz adını və ya imzasını yazmaq diqqət çəkməkdən xoşlandını vurğular.
QUTU : İçində edilən vəziyyəti nəzarət altına alma istəyini göstərir
ULDUZ: Optimist xasiyyət göstəricisidir. Problemlə üzləşən belə şəxs gücdən düşməməyə və bir an öncə çətinliyin öhdəsindən gəlməyə çalışır. Həmçinin bu formada olan təsvir sahibləri özlərinə diqqət çəkməyə çalışırlar.
SPİRALLAR: Başqalarının problemləri sizi ümumiyyətlə maraqlandırmır. Çox güman ki, yüngülvarı böhran keçirirsiniz. Bu aralar özünüzdən çıxmamaq və həmsöhbətinizi təhqir etməmək üçün diqqətli olmalısınız.
ZİQZAQ : Yumru ziqzaqlar Romantika duyğusunun baskınlığını , dik və kəskin ziqzaqlar isə əsəbi xarakteri işarələr.
Deyilənlərə görə, insanların əlyazısını analiz edərək sadəcə xarakteri və duyğuları deyil, gələcəkdə tibb sahəsi bu elmdən istifadə edərək patsientlərin xəstəliyinin səbəbi və müalicəsi də müəyyənləşdirəcək.


Müəllif. Sevda Babayeva

Məqaləni paylaş

Rəyini bildir