psixoloq.info » Maraqlı » Məqalələr » Bacı qardaş qısqanclığı

Bacı qardaş qısqanclığı

Zamir 175
Bacı-qardaşlar arasında reqabət normal bir duyğudur. Amma bəzən bu normanı keçir.Uşaq üçün reqabətin başlıca qaynağı "ata-anam onu daha çox sevir!” düşüncəsi olur. Qısqanclıq səbəbi ilə uşaqda iməkləmə,uşaqca danışma, altını islatma, əmzik yemə,dırnaq yemə, barmaq əmmə,kəkələmə və.s kimi geriləmə əlamətləri görülə bilər. Qısqanclıq zamanı uşağa cəzalandırma,günahlandırma da varsa bu zaman uşaqda anaya,digər bacı(qardaşa) və ya özünə qarşı düşmanlıq hissi formalaşır:söz dinləmir,yemək yemir,vurur,dişləyir,aqressiv olur.

Ailələrə məsləhətlər:
-Ata-ana yeni uşaq dünyaya gəlmədən öncə uşağı hazırlamaları,körpə doğulduqdan sonra onun bəzi işlərinə (bəslənmə, geyim,təmizlik və.s) kontrollu şəkildə kömək etməsinə icazə vermək. - "sən böyüksən, qardaşın(bacın) səndən balaca olduğu üçün onunla daha çox maraqlanırıq” kimi cümlələrdən istifadə etmək olmaz. -Uşağın hər istədiyini etmək olmaz -Uşaqları bir biri ilə müqaisə etməmək,hər uşağa ayrıca fərd kimi davranmaq(bu onların normal şəxsiyyət kimi inkişafına kömək olacaq) -Uşaqlar arasında cinsiyyət,gözəllik,güc,zəka ayrıcalığı qoymamaq -Evdə və ya yaxın çevrədəkilərin(xüsusi ilə də nənə-babalar) böyük uşağa xüsusi davranmamalı. -Uşağa aid olan əşyalar onun icazəsi olmadan digərinə verməmək. -Onun da vaxtı ilə körpə olduğunu,nələr etdiyini danışmaq və.s.


Psixoloq Zümrüd Həsənli


Məqaləni paylaş

Rəyini bildir