psixoloq.info » Maraqlı » Məqalələr » Qadınlar ər mağazasında

Qadınlar ər mağazasında

Nurlan 1 345
Bir şəhərdə qadınların özünə ər seçib almaq üçün mağaza açılıb. Girişində mağazanın iş qaydaları asılmışdı:

1. Siz bu mağazaya həyatınızda yalnız bir dəfə baş çəkə bilərsiniz.
2. Bizim mağazamızda 6 mərtəbə var: hər mərtəbəylə kişilərin keyfiyyəti yüksəlir.
3. Siz istənilən kişini hər hansı bir mərtəbədə seçə bilərsiniz və ya yuxarı qalxa bilərsiniz.
4. Aşağı mərtəbələrə qayıtmaq qəti qadağandır.

Bir qadın bir müddət şübhələnirdi, lakin sonra özünə həmdəm tapmaq üçün "Ərlər mağazasına" baş çəkməyə qərar verdi.

Qaydaları diqqətlə oxuduqdan sonra o, mağazaya girib və birinci mərtəbəyə baxıb. O, burada sərlövhə görüb: "İşi olan kişilər". Qadın gülümsəyib və burada çox vaxt qalmayaraq ikinci mərtəbəyə qalxıb.

İkinci mərtəbədə olan sərlövhədə yazılmışdı: "İşi olan və uşaqları sevən kişilər". Qadın gülümsəyib və burada çox vaxt qalmayaraq üçüncü mərtəbəyə qalxıb.

Üçüncü mərtəbədə olan sərlövhə bildirirdi: "İşi olan, uşaqları sevən və qeyri-adi yaraşığa malik olan kişilər". Qadın gülümsəyib və burada çox vaxt qalmayaraq dördüncü mərtəbəyə gedib.

Dördüncü mərtəbədə olan sərlövhənin məzmunu belə idi: "İşi olan, uşaqları sevən, qeyri-adi yaraşığa malik olan və ev işlərində kömək edən kişilər". "Fantastika!" - dəyərək, qadın qışqırıb, lakin beşinci mərtəbəyə gedib.

Bu mərtəbədə olan sərlövhədə qadın oxuyub: "İşi olan, uşaqları sevən, qeyri-adi yaraşığa malik olan, ev işlərində kömək edən və çox romantik kişilər". Qadın bu mərtəbədə qalıb və özünə ər seçməyi çox istəyib, lakin altıncı mərtəbəyə qaçıb.

Orada sərlövhədə yazı görüb: "Siz bu mərtəbədə ziyarətçi №2816973 və burada kişi olmamağını sizə bildiririk. Bu mərtəbə yalnız qadınları məmnun etmək mümkün olmamağı sübüt etmək üçün yaranıb. Bizim mağazamıza baş çəkdiyiniz üçün təşəkkür edirik!"

Məqaləni paylaş

Rəyini bildir