psixoloq.info » Maraqlı » Məqalələr » Serotonin xoşbəxtlik hormonu

Serotonin xoşbəxtlik hormonu

Nurlan 1 741
“Xoşbəxtlik hormonu” adlanan serotonin hormonunun az olması sinir, qida pozğunluğu və yuxusuzluğa səbəb ola bilər. Serotonin yüksəldikdə əhval və enerji yüksəlir, iştaha isə azalır.

Serotonin 1948-ci ildə Page tərəfindən toxuma və digər maddələrdən ayrılıb tapılmışdır. Əksər göyərti və meyvələrdə rast gəlinir. Serotonini əmələ gətirən triptofan qida maddələrindən əmələ gəlir. Triptofan əvəzolunmayan amin turşu olub, orqanizm tərəfindən sintez olunmadığı üçün qidalardan alınır. Beyin toxumasına keçməsi də müxtəlif təsirlərlə əlaqədar dəyişir. Qidalarla alınan nisbət artdıqca beyinə keçən miqdarı da artır.

Tədqiqatlar göstərir ki, depressiya, miqren, hiperaktivlik, insulinə həssaslıq, hətta kökəlmənin əsasında serotonin, yəni “xoşbəxtlik hormonu” dayanır. Serotonin yüksəldikdə və ya həddən artıq olduqda əhval-ruhiyyə də yüksək olur. Normal və rahat yuxu, iştahanın azalması, ruhi-psixi sağlamlığın yerində olması kimi faktorlara birbaşa təsir göstərir. Serotoninin az olması isə əsəbi, düşkün və depressiv hallarıa səbəb olur, iştah pozulur, kökəlmə və ya anoreksiya, bulimiya kimi qida pozğunluğuna gətirib çıxarır. Orqanizmdə serotoninin dəyişməsi immun sistemə də təsir göstərir. Qidalanma ilə serotonin hormonu arasındakı əlaqə. Serotoninlə insan orqanizmindəki enerji arasında olan əlaqə, yumurta ilə toyuq arasındakına bənzəyir. Yəni ruhi-psixi tərəfdən yaxşı hiss edildiyi halda iştah arta və ya azala bilər. Əhval-ruhiyyəniz pisdirsə, yenə iştahınız arta və ya azala bilər. Bu təsirlər nəticəsində insan orqanizmi mutləq dəyişilmiş şəkildə cavab verir.

Serotoninin insan orqanizmindəki miqdarı necə dəyişir?
İnsan orqanizmindəki serotoninin miqdarına, müxtəlif hormonlar təsir edir. Qadın orqanizminəki estrogenin artması, serotonin miqdarındə də bir yüksəlişə səbəb olur. Aclıq, yorğunluq, stress, yemək, işıq və dərmanların da serotonin miqdarını aşağı salması müəyyən olunmuşdur.

Serotonin miqdarını aşağı salan faktorlar:
Stress
Qanda şəkərin aşağı olması
Menstrual dövrdə estrogen hormonunun aşağı düşməsi

Serotonin miqdarını yüksəldən faktorlar:
Qadınlarda estrogen hormonunun artması
Oksigen
Süd, hind quşu əti kimi triptofan tərkibli qidalar
Şokolad
Məşq

Serotoninin immun sistemə təsir göstərməsi.
İlk və ən önəmli təsiri əslində immun sistemə olur.
Məsələn: Az depolandığı halda zülal və vitaminlər immun sistemin müdafiəsində sona qədər dayana bilmir. Serotonin mütəmadi olaraq immun sistemə təsir göstərə bilir.

Beyində serotonin maddəsi əmələ gəldikdə qan damarları yığılaraq daralır və serotonin miqdarı aşağı düşdükcə genişlənir.

Serotonin miqdarını artıran bitkilər:
Çörək. Buğda çörəyi sıxıntıları unutdurur.
Fısdıq. Tərkibində yağın miqdarı coxdur, amma xolesterolu azaltması barədə məlumatlar var.
Çiyələk. C vitamini deposu olan çiyələk, tüpürcək vəzilərinin ifrazını artıraraq, orqanizmdə gənclik və gümrahlıq hissini artırır.
Banan. Ətri belə xoşbəxtlik hissi daşıyan bir endorfin deposudur. Kalsium və maqnezium tərkibli bu meyvə stresə qarşı effektlidir. Sinir sistemi problemi olanlarda hər gün yemək arası yeyilməsi məsləhət görülür.
Üzüm. Üzümün 1/5-də birbaşa olaraq qana qarışan şəkər var. Fiziki və zehni əməklə məşğul olanlarda effektlidir. Həmçinin çoxlu miqdarda dəmir var. Üz və boyun nahiyəsinə üzüm suyu sürtülüb, 10 dəqiqə sonra yuyularsa dəridə canlanma yaranır.
Portağal. C və B qrup vitaminlərdən ibarət olan portağal, dinamikanı artırır. Ümumi müqaviməti artırır. Qanın durulaşmasında və təmizlənməsində böyük rol oynayır.

Fitoterapevt Dr. Elnur Rəhimov

Məqaləni paylaş

Rəyini bildir