psixoloq.info » Maraqlı » Məqalələr » Mətbəx və qadın

Mətbəx və qadın

Zumrud 911
Dünən bu gün deyil, bu günsə sabah. Hər şey dəyişir – hətta dəyərlər də. Məsələn, əgər biz ailədə yalnız mühafizəkar dəyərlərə söykənsək, gərək onda qadın bozbaş qazanının yanından uzaqlaşmasın, evdən bayıra ayaq basmasın. Əslində isə belə deyil. Müasir dövrdə qadınların xeyli bir qismi sosial və istehsalat infrastrukturunun müxtəlif sahələrində çalışır. Böyük Səməd Vurğun elə bunu əsas götürərək yazırdı:


Silkinib çıxmasa qadın mətbəxdən,
Nə azad ölkə var, nə də ki, Vətən.


İş öz yerində, amma kim olursa-olsun, öz ocağına qayıdandan sonra qadın evin xanımıdır. Səliqə-səhman və təmizlik, mətbəxdə biş-düş ona baxır. İşdən yorğun-arğın gələn qadın üçün bunları etmək heç də asan deyil, amma zəruridir. Əksər qadınların işlədiyi müasir dövrdə onlar mətbəxdə öz işlərini yüngülləşdirmək üçün müəyyən məsləhətləri nəzərə almaları faydalı olardı...

Mətbəx qadınlara məxsus olan və onların tam sahibi olduqları yeganə məkandır. Görünür, elə buna görədir ki, qadınlar mətbəxi qoruyur, oraya kiminsə müdaxilə etməsini sevmirlər. Hər qadın əlinin özünə məxsus spesifik dadı var. Müxtəlif qadınların hazırladığı eyni xörək heç vaxt eyni dada malik olmur. Evdar qadınların mətbəxlə, demək olar ki, problemi yoxdur. Səhər erkəndən üzərində fikirləşdiyi «Bu gün nə bişirim?» sualına cavab tapmaq üçün onların kifayət qədər vaxtı var. İşgüzar qadınların isə həmin sual daim narahat edir. Ona görə də işgüzar qadınların bu sahədə bəzi məsləhətlərə ehtiyacı var.

İlk növbədə ailə bazarlığında qadın özü də iştirak etməyə çalışmalıdır. Evə nəyin lazım olduğunu qadınlardan daha yaxşı kim bilər? Bazara istirahət günündən bir gün əvvəl getmək daha yaxşıdır. Çünki belə olanda sabahı gün həm istirahətə, həm də gələn həftənin menyusunu hazırlamağa vaxt tapmaq olur. Həftə ərzində lazım olan ərzaqları əvvəlcədən almaq lazımdır. Məhsulları yarımfabrikat və yaxud yarım bişmiş vəziyyətdə saxlamaq əlverişlidir. Məsələn, əti doğramaq, çəkmək, sümüyündən isə bulyon hazırlamaq olar. Duru yemək gündəlik qida rasionunda böyük əhəmiyyət kəsb edir. Soyuducuda hazır bulyon olduqda çox qısa müddətdə müxtəlif yarma və lapşalardan, məsələn, düyü, yulaf, makaron, əriştə və s. şorba hazırlamaq mümkündür. Beləliklə, hər gün süfrədə başqa bir şorba olacaq. Göyərtini təmizlədikdən sonra soyuq suda isladılmış dəsmala büküb saxladıqda uzun müdət təzə qalır, hər gün göyərti almağa və təmizləməyə ehtiyac olmur. Toyuğu sobada diri bişirmək fikri yoxdursa, onu əvvəlcədən doğrayıb hazır saxlamaq olar. Toyuq asan bişən ət məhsuludur və ondan xörək hazırlamaq çox vaxt tələb etmir. Həftədə bir-iki dəfə ətsiz xörək bişirmək lazımdır. Xolesterin və artıq çəkidən əziyyət çəkənlərin ona əməl etməsi daha faydalıdır. Həm də tərəvəz ətə nisbətən tez bişir. Qaynadıldıqdan sonra süzülüb yarımfabrikat və yaxud yarım bişmiş vəziyyətdə saxlamaq əlverişlidir. Məsələn, əti doğramaq, çəkmək, sümüyündən isə bulyon hazırlamaq olar. Duru yemək gündəlik qida rasionunda böyük əhəmiyyət kəsb edir. Soyuducuda hazır bulyon olduqda çox qısa müddətdə müxtəlif yarma və lapşalardan, məsələn, düyü, yulaf, makaron, əriştə və s. şorba hazırlamaq mümkündür. Beləliklə, hər gün süfrədə başqa bir şorba olacaq. Göyərtini təmizlədikdən sonra soyuq suda isladılmış dəsmala büküb saxladıqda uzun müdət təzə qalır, hər gün göyərti almağa və təmizləməyə ehtiyac olmur. Toyuğu sobada diri bişirmək fikri yoxdursa, onu əvvəlcədən doğrayıb hazır saxlamaq olar. Toyuq asan bişən ət məhsuludur və ondan xörək hazırlamaq çox vaxt tələb etmir. Həftədə bir-iki dəfə ətsiz xörək bişirmək lazımdır. Xolesterin və artıq çəkidən əziyyət fikirləşmək xeyli vaxt aparır. Ona görə də həftəlik menyunu qabaqcadan hazırlamaq daha səmərəlidir. Menyuya mütləq duru xörək də daxil edilməlidir. Evdə azyaşlı uşaqlar varsa, həftədə bir-iki dəfə mütləq şirniyyat bişirmək lazımdır, çünki uşaqlar üçün şəkər ən əhəmiyyətli qida məhsuludur. Evdar qadınların bu sahədə çətinliyi olmasa da, işləyən qadınlar üçün şirniyyat bişirmək həqiqətən də çətin və vaxt aparandır. Ən asan çıxış yolu tez hazırlanan oladilər və yağda qızardılan peçenyelərdir. Yarımfabrikat şəklində satılan və bir neçə dəqiqəyə hazır olan şirniyyat növlərindən də istifadə etmək mümkündür. Qadınlar evdarlıqla yanaşı, qənaət etməyi də bacarmalıdır. Hətta kiçik ailənin də normal qidalanması üçün müəyyən vəsait lazımdır. Xarab olan hər bir ərzaq ailə büdcəsinə ziyan vurur. Qənaətə isə yiyələnmək lazımdır.

Məqaləni paylaş

Rəyini bildir