psixoloq.info » Maraqlı » Məqalələr » Oniomaniya - şopoqolik kimdir?

Oniomaniya - şopoqolik kimdir?

Zumrud 991
Oniomaniya - şəxsin ehtiyacından əlavə idarəsizcə alış-veriş etməsidir. Alış-veriş xəstələri tipik olaraq; alış-veriş zamanı rahatlayar, lakin bir müddət sonra bir peşmanlıq hiss edərlər. Oniomaniyanın səbəbləri müxtəlifdir: uşaqlıqdan sahibolma vərdişi, valideynlərin uşaqlarına heç nədə imtina etməmələri və ya əksinə, ehtiyac içində böyümə. Qızların şopaqolik olmalarının daha bir səbəbi isə həyatın başqa sahələrində çatışmazlıqların (işdə, ailədə xoşbəxt olmayanda) məhz bu yolla doldurulmasıdır.

Oniomaniyanın əlamətləri bunlardır:
əhvalı pozulanda ilk olaraq mağazaya yollanır;
həmişə nəzərdə tutduqlarından çox pul xərcləyir;
aldıqları şeylərin həqiqi qiymətini böyük ustalıqla gizlədirlər.

Lazımsız, hətta cibinə uyğun olmayan əşyaları alan və bu yolla stresdən çıxış yolu axtaran adamlar şopoqolik adlanır. Narkoman narkotikdən asılı olduğu kimi, şopoqoliklər də bir növ dükan-bazara getməyəndə, bahalı pal-paltar və əşyalar almayanda özlərini çox narahat hiss edirlər. Alış-veriş uğurlu alınanda isə külli miqdarda gəlir əldə edibmiş kimi təsəlli tapırlar. Onlar hər dəfə pulu sonuncu qəpiyinə qədər xərcləyəndən sonra özlərinə və ətrafdakılara alverə son qoyacaqlarına söz verirlər, lakin əllərinə pul düşən kimi həmin vədi unudurlar. Şopoqoliklər alış-veriş üçün hətta külli miqdarda borca düşürlər. Dükanların önündə “Sale” sözünü görən kimi özlərini içəri atır və özlərinə lazım olmayan, yaramayan əşyaları tərəddüd etmədən alırlar.

Buna görə də onlara yalnız mütəxəssislər kömək edə bilər. Şopoqolikləri aşağıdakı xüsusiyyətlərə görə seçmək olar:
Alış-verişə getməyi hər şeydən üstün tutur, ehtiyacı olmayan məhsulları alır, pulu olmasa da, alış-veriş etmə istəyini öldürə bilmir – deməli, o, şopinq asılısıdır. Alman psixoloqu Emil Krapelin şopinqi belə izah edir: «Alver asılılığı da alkoqolizm, ya da qumar asılılığı kimi psixoloji bir xəstəlikdir.» Alver asılısı olan adamla alver etməyi sevən adam arasında müəyyən fərq vardır. Hər ay dörd ayaqqabı alan adama alver asılısı demək olmaz, ayaqqabıya qarşı həddindən artıq maraq olduğu deyilə bilər. Asılı olan adam isə yoldaşlarıyla vaxt keçirmək, ya da digər ictimai fəaliyyətlərlə məşğul olmaq əvəzinə alver etməyi seçər. Hətta bəzən heç bir zaman geyməyəcəyi ayaqqabını yalnız dolaba qoymaq üçün alar.
Bəzi alver asılısı olanlar isə alış- veriş paketlərini görən kimi rahatlıq tapır. Bir qadın orta hesabla dördlə altı saat arası alver edə bilərkən, səhər saat 10-dan axşam 7-yə qədər bunu reallaşdıra bilər. Alver asılılarının müəyyən büdcəyə sahib olması vacib deyil. Lazım olsa, borc pulla da alverə çıxa bilərlər. Alver asılısı açılmamış paketlər evdə varkən də təkrar alverə çıxa bilər.
Əksəriyyət insanlar alış-verişi sevirlər. Xüsusilə qadınlar üçün alver böyük bir rahatlıq vasitəsidir. Alveri sevməklə alver xəstəliyi eyni şey deyil. Onun xəstəlik sayıla bilməsi üçün o «həddindən artıq» şəkildə edilməli və düşünülməlidir. Ancaq müasir dövrdə kişilər də həmin xəstəliyə tutulmaqdan xali deyildir. Alış-veriş xəstəliyi ötən əsrin əvvəllərində təyin olunmuşdur. Əsrdən artıq vaxt ötməsinə baxmayaraq görü- nür, o vaxtlar da belə bir narahatlıq var imiş.

Alver xəstəliyi impuls idarə pozğunluğu və asılılıq sinfindədir. Evli qadınlar üçün alver bəzən həyat yoldaşlarından intiqam alma vasitəsinə çevrilir. Evlilik müddətində qovuşa bilmədiyi xoşbəxtliyə alver edərək çatmağı düşünür. Alver edərkən təklik və bədbəxtlik hissi kiçik müddətə aradan qaldırılır. Evli qadınların alış-veriş asılılığı daha çox problem yaradır, hətta ailələrin dağılmasına gətirib çıxarır. Alış-verişin hansı hallarda zövq, hansı hallarda asılılıq olduğunu müəyyən etmək o qədər də çətin deyildir. Təməl həyati ehtiyacları çox aşırsa, bu asılılıq sayılır. Alış-veriş asılılarının dolabları etiketi kəsilməmiş, bir dəfə də olsun geyinilməmiş pal-paltar və ya lazımsız əşyalarla doludur. Alış-veriş asılılarının tək dərdi markalı geyinmək, ya da dəbli olmaq deyil. Onlar bundan kənarda da çox böyük bir həzz yaşayırlar. Şopoqoliklərin təkcə paltar deyil, həmçinin ətir, kosmetika, kitab, elektron avadanlıqları, hətta ərzaq almaq asılılığı ola bilər. Onlar yeyib çatdırmadıqları qədər ərzaq alıb evə yığa bilərlər, halbuki, sonra onu zibil qutusuna atırlar.

Məqaləni paylaş

Rəyini bildir