psixoloq.info » Maraqlı » Məqalələr » Şizofreniya nədir?

Şizofreniya nədir?

Ragim 1 733
Şizofreniya ağır və xroniki hal alan psixi xəstəlikdir, endogen mənşəli xroniki ruhi xəstəlik sayılır. Bu xəstəlik zamanı insanın şəxsiyyəti dəyişir, o, başqalarından təcrid olunur, gerçəkliyi hallusinasiyaları ilə qarışdırır. Şizofreniya nəticəsində insan adi həyat tərzindən, yaxınlarından uzaqlaşır, müalicə olunmadıqda xəstəliyin fəsadları ağırlaşır.

Ümumi məlumatlar
Həkimlər tərəfindən uzun illər araşdırma və müşahidə olunmasına baxmayaraq, şizofreniya bu günə qədər ən sirli xəstəliklərdən biridir. Tez-tez ümumi insanlar haqqında danışan "Split şəxsiyyət", məntiqsiz düşüncə və xəstənin davranışı adi insanların baxışı ilə əlaqədar olaraq ortaya çıxan məcazi bir anlayışdır. Çox vaxt xəstəlik 15 ildən 25 ilədək başlanır və mütərəqqi bir kursa malikdir.

Etiologiya (yaranma səbəbləri)
Yaranma səbəbi tam öyrənilməyən bir çox xəstəliklərdən biridir. Tam olaraq irsi xəstəlik sayılmır, amma irsi faktorun rolu çox böyükdür. Belə ki, biryumurtalı ekizlərdən birində bu xəstəlik varsa təxminən 80% ehtimalla o birində də xəstəlik baş verir. Müxtəlif yumurtalı əkizlərdə, adi bacı-qardaşda olduğu kimi bu faiz nisbətən aşağıdır. Lakin ümumi populyasiyaya nisbətən xeyli yuxarıdır. Xəstəlik anadangəlmə deyil, müxtəlif yaşlarda başlaya bilər (3 yaşdan başlaya bilər), 45-50 yaşa gədər. Lakin xəstələrin çoxunda xəstəliyin başlanması 18-25 yaş dövrünə təsadüf edir. Beləliklə yaş faktoru da xəstəliyin yaranmasında rol oynayır. Önəmli patogenetik faktorlardan biri də stress sayılır. Müxtəlif stresslərdən sonra şizofreniya xəstəliyinin başlanması çox hallarda müşahidə olunub. Qadınlarda bəzən xəstəlik doğuşdan sonra inkişaf edir. Maraqlıdır ki, xəstəlik nə gədər erkən və spontan yəni provakasion faktor (səbəb) olmadan başlayırsa proqnoz o gədər ağır olur. Beləliklə şizofreniya xəstəliyi endogen, yəni xarici faktorlardan daha az asılı olan, daxildən gələn bir xəstəlik sayılır. Xarici amillər (travma, keçmiş xəstəlikləri, baş xəsarət və s) yalnız bir activator psikopatolojik proses kimi fəaliyyət göstərən, orta əhəmiyyət kəsb edir.

Şizofreniyanın simptomları
- Məhkəmə pseudohallucinations (məsələn, kimsə xəstə fikir qoyur və ya onun düşüncə xəstə robs);
- Delirium təsiri (kimsə və ya bir şey onun sağlamlığı üçün təhlükə yaradan fikirlər, hisslər, və ya insan davranışının yönəldilməsi, qeyri-adi şəkildə fəaliyyət göstərən);
- Şifahi hallucinasiyalar (xəstə səsləri eşidir);
- Davamlı, mürəkkəb delirium (əcnəbilər digər dünya, və s ilə əlaqə)
- Flattening, və emosiyaların kasıblaşma qeyri.
Simptomları da catatonia (huşunu itirmə, excitation) baş verə bilər, nəzarətsiz axını fikirlər dissosiasiya söz epizod iradəsinin olmaması ilə apatiko-abulicheskimi sindromu birləşməsi edir və zərər laqeydlik istəyir.

Yayılma statistikası
Statistikaya baxsaq müxtəlif ədəbiyyatlarda müxtəlif rəqəmlər görə bilərik. Ortalama olaraq populyasiyada bu xəstəliyin 0,5-3% yayılmasını söyləmək olar.

Klassifikasiya
Şizofreniyanın bir xəstəlik və ya bir neçə xəstəlik qrupu olduğu bu günə gədər mübahisəlidir. Buna görə də klassifikasiyası da xeyli dolaşıqdır.

Dörd forma
1. Sadə
2. Paranoid
3. Katotonik
4. Hebefrenik

Üç gediş variantı
1. Fasiləsiz proqredient (fasiləsiz artan)
2. Fasiləli proqredient (fasiləli artan)
3. Tutma şəkilli (rekurrent)

Klinik formalarla gediş variantlarını sintez etsək şizofreniyanın təxmini klassifikasiyasını alarıq. Nəyə görə təxmini? Bu suala ən yaxşı akademik Snejnevskinin sözləri ilə cavab vermək olar, o deyirdi: "Nə qədər şizofreniyalı xəstə varsa o gədər də onun forması var."

Klinika (əlamətləri)
Şizofreniya xəstəliyinin əlamətləri çoxdur. Bunlardan əsaslarını seçməyə çalışaq. Autism - özünə qapanma - bu xəstələr çox vaxt real həyatdan uzaqlaşıb, xəstə təfəkkür və qavramaları hesabına yaratdıqları bir dünyada yaşayırlar. (məs. özünü Napaleon hesab edən biri Marat və Robespyerlə ucadan mübahisə edir, Jozefinaya sevgi məktubları yazır), eşitmə halyusinasiyaları xəstələrin qulağına müxtəlif insanların səslərı gəlir (qarabasma), bu səslər ona əmrlər verə bilər, xoş sözlər deyə bilər və ya təhgir edə bilər. Sayıqlama ideyaları xəstəlik nəticəsində yaranan, korreksiya olunmayan yanlış fikirlərdir. Xəstədə məzmununa görə təqib, qısqanclıq, özünü böyütmə, təsir, cadu sayıqlamaları ola bilər. Təqib sayıqlaması olan xəstəyə elə gəlir ki, onu təqib edən, ziyan vurmaq hətta öldürmək istəyən bir və ya bir qrup şəxs var. Belə xəstələr bəzən özlərini müdafiə etmək məqsədilə düşmənlərinə qarşı hücuma keçə bilərlər. Sosial təhlükəli hərəkətlər, hətta cinayət törədə bilərlər. Şizofreniyalı xəstələr öz patoloji təfəkkürlərinin məhsulu olan, yalnız onlara aid olan dünyada yaşadıqları üçün, onların hərəkətləri, nitqləri, emosional reaksiyaları ətrafdakılar üçün qəribə, anlaşılmaz, qeyri-adekvat görünür. Şizofreniyalı xəstələr çox vaxt baxımsiz, səliqəsiz görünür, onlarda ətrafa qarşı biganəlik, laqeydlik yaranır. Xəstəlik proqressiv davam edirsə şəxsiyyətin tam parçalanmasına, dərin emosional iradi qüsur vəziyyətinə gətirib çıxardır.

Müalicə
Müasir psixotrop dərman preparatları şizofreniyanın bir çox əlamətlərini aradan qaldırmağa, xəstəliyin inkişafının qarşısını almağa imkan yaradır. Müalicə nə qədər erkən başlayarsa o gədər uğurlu olur. Psixofarmakoloji müalicə ilə yanaşı xəstələrin sosial reabilitasiyası da çox önəmlidir: xəstənin ailə daxili münasibətlərinin bərpasına, təhsil almaq, işləmək hüquqlarının reallaşmasına yardım etmək, əmək qabiliyyətini itirmiş şəxslərin təqaüdlə və pulsuz müalicə ilə təmin etmək şizofreniyalı xəstələr və onların yaxınları üçün böyük dəstək olur.

Proqnoz
Xəstəliyin proqnozu kliniki formadan və gediş variantından asılıdır. Vaxtında başlanmış və sistematik aparılan müalicə, yeni nəsl keyfiyyətli neyroleptik preparatların tətbiqi şizofreniyanın proqnozunu müsbət tərəfə xeyli dəyişir, xəstələrin həyat keyfiyyətini artırır.

Psixiatr Mətanət Kərimovanın sözlərinə görə, şizofreniya zamanı insanın sosial həyatda fəallığı azalır, onun fəaliyyətinin məqsədləri itir, düşünmə qabiliyyəti pozulur. Bu xəstəliyin yaranması isə müxtəlif psixi pozuntuların inkişafı ilə bağlıdır. Şizofreniya zamanı insanda hallusinasiyalar, əhvalın kəskin dəyişməsi, aqressiya və ya durğunluq müşahidə olunur, xəstə baş verənləri dəqiq anlamır. Şizofreniyanın səbəblərinin və inkişafının hələ lazımi qədər öyrənilmədiyini deyən psixiatr bildirir ki, xəstəlik irsi faktorlarla sıx bağlıdır. Xəstəliyin inkişafında xəstənin yaşı və cinsi də çox önəmlidir: «Kişilərdə bu xəstəlik daha tez başlayır və fasiləsiz davam edir. Xəstəliyin fəsadları isə ağır olur. Qadınlarda bu xəstəliyin gedişatı tutmalar kimi özünü bürüzə verir. Tutmalar qadının hamiləlik dövründə və həyatında baş verən digər proseslərlə bağlı ola bilər. Qadınlarda isə bu xəstəliyin fəsadları ağır olmur».

Şizofreniyanın ağır formaları isə uşaqlıqdan və yeniyetməlik dövründən başlayır. Bu xəstəlik zamanı insanın şüuru və emosiyaları dəyişikliyə uğrayır. Düşünmə qabiliyyəti pozulan xəstələr tez-tez diqqəti cəmləyə bilmədiklərindən şikayətlənirlər. Çox vaxt belə xəstələr fikirlərini idarə edə bilmir, onlarda ya fikirlər paralel yaranır, ya da hansısa bir fikrin təkrarlanması baş verir. Lakin xəstələr bu simptomlardan əziyyət çəkdikdə belə sözlərdə, cümlələrdə və ya incəsənət əsərlərində olan xüsusi mənanı anlaya bilirlər. Danışanda isə belə xəstələr fikrini dağınıq ifadə edir. Buna görə də onların nitqlərini anlamaq çətin olur. Çox vaxt belə xəstələr danışan zaman fasilələr verir və fikrini tam ifadə edə bilmirlər. Bundan başqa, xəstələrdə iradəsindən asılı olmayaraq, onları rahat qoymayan, təkrarlanan fikirlər yaranır. Bu fikirlər insana əziyyət versə də, onlardan qurtula bilmir. Təkrarlanan fikirlər tarix, adlar, terminlər, rəqəmlər, qorxularla bağlı olur. Xəstələrdə uzun müddət həyatın mənası və ölüm barədə düşündüyü hallar da olur.

Şizofreniyadan əziyyət çəkəni dünyada baş verən bir sıra qlobal problemlər də düşündürə bilər. Xəstə onu təqib edən və ona əziyyət verən fikirləri ilə ona rahatlıq gətirən müəyyən hərəkətlərlə mübarizə aparır. Bəzi şizofreniyadan əziyyət çəkən xəstələr daim hansısa infeksiyaya, xəstəliyə tutulmaqdan və ya sadəcə kirdən qorxurlar. Bu zaman xəstə əlini yumaqla müəyyən müddətə rahatlaşır. Rahatlaşmaq üçün belə xəstələr bir neçə dəfə yaxşıca əllərini yuyurlar. Əgər xəstə bunu etməsə, narahatlıq və qorxu hissi onda artmağa başlayır. Həmsöhbətimizin dediyinə görə, xəstələrdə sayıqlama da özünü göstərə bilər. Çox vaxt belə xəstələr düzgün düşünə bilmir, hadisələrin gedişatı və insanlar haqqında yanlış təsəvvürə malik olurlar: «Xəstə bütünlüklə yanlış təsəvvürlərə təslim olur və onun fikirlərini dəyişdirmək mümkün olmur. Sayqılama gerçək fakt və hadisələrin yanlış təhlili nəticəsində baş verir. Eləcə də sayıqlamalar hallusinasiyalara görə də yarana bilər. Xəstələr qəribə şeylər də düşünüb sayıqlaya bilərlər. Məsələn, xəstələr düşünə bilər ki, kimsə onları təqib edir, zəhərləmək istəyir, cadu və sehr ona qarşı tətbiq olunur və s».

Xəstələr müxtəlif iyləri, bədənində və başında ağırlıq, yanma kimi prosesləri hiss edirlər. Xəstələr gerçək kimi bədəninin deşilməsini, sivrilməsini, güllələnməsini və s hiss edə bilərlər. Onları uydurma, lakin gerçək kimi qəbul etdikləri insanlar, iylər, dadlar, hadisələr təqib edir. Onlar uydurduqları dünyanı gerçəkliklə qarışdırırlar.

«Xəstələrdə emosional pozuntular valideynlərə və ya yaxın insanlara qarşı mərhəmət və bağlılıq hissinin itməsi, təhsilə, işə marağın olmaması, qapalılığın, cəmiyyətdən təcrid olunmağın yaranması ilə başlayır. Bəzən xəstələr yaxınlarına qarşı kobud rəftar edir, qəddar olur, onlara ögey münasibət göstərirlər. Valideyn və yaxınlarını adını və soyadını deməklə çağırırlar», — deyən psixiatrın bildirdiyinə görə, belə insanlarda məsuliyyət və cavabdehlik hissi itir. Xəstələr öz vəzifələrini və öhdəliklərini yerinə yetirmir, özlərinə qulluq etmir, saçlarını daramır və s. Onlar küçələri gəzir və qəribə tərzdə davranırlar. Bu simptomlarla yanaşı xəstəliyin ağırlaşması zamanı xəstədə manyakal (yüksək əhval-ruhiyyə) və depressiv (əhval-ruhiyyənin aşağı düşməsi) müşahidə olunur. Xəstəlik insanda apatiya, biganəlik hissi yaradır. M.Kərimovanın sözlərinə görə, hansısa bir vəziyyətdə uzun müddət sakit qalmaqla yanaşı, bu xəstəliyə aqressiv davranış da xasdır: «Bəzi xəstələrin hərəkətləri pozulur. Misal üçün, xəstə uzun müddət - bir həftə və ya bir neçə ay bir vəziyyətdə uzanıb qala bilir. Bu halda xəstə ətrafdakılara heç bir reaksiya vermir, sualları cavablandırmır, heç bir xahişləri yerinə yetirmir. Bəzi xəstələr isə uzananda belə yastığın üstünə başını qoymur və havada asılı vəziyyətdə başlarını saxlayırlar. Xəstələr uzun müddət qəribə vəziyyətlərdə hərəkətsiz qala bilirlər».

Müsahibimizə görə, ümumiyyətlə, şizofreniya zamanı insanlarda müxtəlif qəribə davranışlar müşahidə olunur. Lakin şizofreniya ağırlığından asılı olaraq müalicə olunur. Statistikaya görə, belə xəstələrin təxminən 40 faizi müalicə aldıqdan sonra sağalır və xəstəlikdən əvvəlki adi həyatına qayıdır. Lakin indiyədək bu xəstəliyin səbəbləri tam aydın deyil.


shizofreniya elametleri
sizofreniya nedir
sizofreniya
shizofreniya
sizofren
shizofren
sizofreniyanin mualicesi
psixi xesteliklerin elametleri
psixoloji xəstəliklər
sizofreniyanin növləri
şizofreniyanın müalicəsi
sizofreniyanin ilk elametleri
paranoid şizofreniya
shizofreniya elametleri
şizofreniya əlamətləri
şizofreniyanın formaları
şizofreni testi

Məqaləni paylaş

Rəyini bildir