psixoloq.info » Maraqlı » Məqalələr » Namus qavramı

Namus qavramı

Zamir 457
"Namus" - mədəniyyətimizdə, cəmiyyət içərisində çox ciddi bir qavramdır. Cəzaçəkmə müəssisələrinə nəzər salsaq cinayətlərin böyük bir qisminin "namus cinayəti" adı altında birləşdiyini görərik. Bu vəziyyət dini inancı güclü olmayan insanlarda belə nəzərə çarpır. Namus qavramının cəmiyyət daxilində önəm daşıması həmin cəmiyyətin mədəniyyəti və tarixi ilə sıx bağlıdır. Kişinin öz tərəf müqabilinin namusu üçün ölümü gözə alması, ya da namusuna söz gəlməsin səbəbi ilə özünü riskə atması qadınlar tərəfindən də dəstəklənmiş, bəyənilmişdir.

Sosial darvinizmin dəstəkçiləri ailə qavramında intim sədaqətin çox da əhəmiyyətli olmadığını söyləyir, "İnsanların cinsi həyatı azad olmalıdır" kimi fikirlər irəli sürürlər. Bu durum insanların situativ ehtiraslarını, tələbatlarını ödəyə bilər, amma sosioloji nöqteyi-nəzərdən cəmiyyətdə fəsadlar yaratmaq gücündədir. Yaşadığımız cəmiyyətin sağlam cəmiyyət ola bilməsi üçün insest münasibətlər (ailədaxili cinsi əlaqə halları) olmamalı, dünyaya gələn uşağın valideynlərinin kimliyi bilinməlidir. İnsanın cinsi həyatının sərbəstliyi cəmiyyət tərəfindən dəstəklənərsə, bioloji cəhətdən bir-birinə çox yaxın insanlar arasına, məsələn bacı və qardaş arasında insest hallarına sıx rast gəlinəcək. Sosioloqların araşdırmalarına görə 100-200 il sonra insan orqanizminin formalaşması və həyati proseslərini davam etdirəbilməsi üçün irsi informasiyanın saxlanıldığı, nəsillər arasında ötürülən biopolimer olan DNT bioloji baxımdan ən yaxın insan genlərindən ibarət olacaq, buna görə də bir çox yeni və təhlükəli xəstəliklərin yaranması ehtimalı artacaq.

Məsələn, Amerikalı bir gənc hər hansı bir insanla evli olduğu halda qardaşından ya da bacısından da uşaq sahibi olacaq. Hazırki, universal cəmiyyət düşüncəsi bu inkişafı rədd edir. Belə bir inkişaf insanlığın gələcəyi üçün böyük təhlükədir. Hadisəyə yalnız bioloji baxımdan yanaşıldıqda belə, aydın olur ki, DNT-lər bir-birlərindən nə qədər uzaq olsa, yeni nəsillər üçün sağlamlıq faktoru və müxtəliflik səviyyəsi bir o qədər yüksək, insanlığın gələcəyi də bir o qədər təhlükəsiz olar. Sosioloji təlimlər bu səbəbdən ailədaxili cinsi münasibətlərə qarşı çıxır. Belə bir inkişafa qapı açılmamalıdır. Namus qavramının sosioloji izahı məhz bu cürdür.

Məsələnin psixoloji tərəfinə yönəlsək, sədaqət ailədəki ən əhəmiyyətli bağdır və cinsi həyatda sədaqət də bunun içərisindədir. Bir insanın, sevdiyi kimsənin başqa biriylə birlikdə olduğunu düşündüyündə narahat olmaması, psixoloji bir narahatlıqdır. Namus yalnız qadınlara xas deyil. Bu mövzuda qadın ilə kişinin heç bir fərqi yoxdur. Bu vəziyyət hər iki cins üçün də eynidir. "Namus qadına yaraşar, amma kişidə olmasa da olar!" deyə düşünülə bilməz. Bu düşüncənin daha çox qadına yönəlik gündəmə gəlməsi, qadının həm də ana olması ilə əlaqədardır. Buna görə də bioloji səbəbi irəli sürərək qadının namus mövzusunda daha diqqətli olması nəsihət olunur . Buna əsaslanaraq "Qadın hər kişini yanına yaraşdırmamalıdır" - deyə bir fikir formalaşdı. Ana olduğu üçün yeni doğulacaq fərdin genlərinin bir hissəsini ondan aldığı məlum məsələdir. Lakin uşağın kimin olduğu mövzusunda kişinin bilinməmə ehtimalı vardır. Kişi, yəni ata mövzusunda daha həssas davranma meyli buna görə dəstəklənir.

Qadının namus mövzusuna kişidən daha çox diqqət yetirməsi, bioloji meyllərə daha uyğundur. Lakin namus qavramı baxımından ideal olan fikir - kişi və qadın arasında heç bir fərqin olmadığının qəbul edilməsidir. Qadın namus və sədaqət mövzusunda nə dərəcə həssaslıq göstərirsə, kişi də eynilə bu mövzuda diqqətli olmalıdır.

Əks halda qadının mənəviyyatı zədələnə, "yoldaşım" deyə sarıldığı, sığınacaq liman olaraq gördüyü insanın başqasıyla birlikdə olduğunu düşünməsi ruhunu dərindən incidə bilər.

Namus qavramı insanlıq tarixində ilk dəfə Qədim Yunanıstanda yaranmış, mifoloji və yazılı şəkildə tətbiq olunmuşdur. Qadın Antik Çağda da dəyərsizləşdirilmişdir. Pagan mədəniyyətində gerçək insanın yalnız kişi olduğu şəklində bir inanc hakim mövqe tuturdu.

Evli qadın on səkkizinci əsrin ortalarına qədər pul yığıa, mal sahibi ola bilməzdi. O, ərinə kölə olmaq məcburiyyətində idi. Hətta Şotlandiyada 400 il ərzində cadugər və ya pis insan olduqları irəli sürülərək doqquz milyon qadının qaynar yağa atılaraq öldürüldüyü deyilir. "Daxilində pislik var, insanlığı yoldan çıxara bilərlər!" düşüncəsiylə qadınlar qaynar qazanlarda yandırılmışdır.

Namus mövzusunda qadına biçilən rol, cəmiyyətdə kişi dominantlığının nəticəsidir. Qadın və kişi namus mövzusunda eyni həssaslığı göstərməlidir. Evlilikdə ideal olan budur.

Tərcümə etdi: Eminova Aytən

Məqaləni paylaş

Rəyini bildir