psixoloq.info » Maraqlı » Məqalələr » Hiperaktiv uşaqlarla necə davranmalı?

Hiperaktiv uşaqlarla necə davranmalı?

Gunay.I 1 094
Bəs siz Hiperaktiv uşaqlarla necə davranırsınız?
Hiperaktiv uşaqlar digər uşaqlardan daha artıq mənəvi mükafata ehtiyac duyurlar. Səhvlərini həmin vaxt xəbərdar edin, xoş bir yolla çəkindirin. Diqqətini fərqli tərəfə yönəldin.
"Olmaz" demək yerinə "belə etməni istəyirəm" deyin. Yani müsbət təlqin verin hemise.
Müəyyən qədər sərhədli olun, hər yerdə qanunlarınız keçərli olsun.
Uşaqlarınız üçün günlük plan tərtib edin. Otağına və ya görə biləcəyi yerə asın. Programına riayət etdiyində mükafatlandırın. (Dua, təşəkkür, öpmə və qucaqlama kimi) Bu planın yanında sizin də bir planınız olsun ona da siz riayət edin ki bunun vacib olduğunu uşaqlarınız başa düşsün.
Fiziki şiddətin olmasına heçvaxt icazə verməyin. (Haqsızığa uğradığı anlarda özünü qorumağı öyrədin.)
Sakit olanda onunla düzgün davranışın necə olmalı olduğunu müzakirə edin.
Çox sıxlıq olan alışveriş mərkəzləri kimi yerlərdən uzaq tutun.
Siz özünüz Tv və kompyuteri məlumat alma məqsədi ilə istifadə edin ki uşaq da belə etsin.
Qətiyyən şiddət, aqresiya olan cizgi film izləməyə icazə verməyin. Sənədli film, cizgi film izləmək onu əyləndirir və məlumatlandırır.
Mütləq zəka oyunlarından xaric əyləncə, savaş kimi kompyuter oyunlari oynatmayın.
Hazır qidalardan uzaq durun. (Cipsi, Jelibon, fast food, təbii olmayan meyvə suları, krakerler, boyalı qidalar, həddən artıq şokolad yedirtməyin.)


Klinik Psixoloq Günay İsmayılova

Məqaləni paylaş

Rəyini bildir