psixoloq.info » Maraqlı » Psixoloji testlər » Nə dərəcədə qısqancsınız? Psixoloji test

Nə dərəcədə qısqancsınız? Psixoloji test

Zamir 2 007
Qısqanclıq hər kəsə xas olan bir duyğudur. Kimisinə görə inamsızlıqdan, kimisinə görə əsl sevgidən, digərinə görə isə sahib olduqlarını qoruma istəyindən yaranan bir qorxudur. Bu hissi hamı eyni yaşayıb, eyni cür qarşılamır. Kişilər qısqanmağı sevsələr də, qısqanılmağı heç xoşlamazlar. Qadınlr isə əksinə, həddini aşmamaq şərtilə qısqanılmağı çox xoşlayarlar. Qısqanclıq elə həddə olmalıdır ki, münasibətlər sona çatmasın. Psixoloqlar həddindən artıq, insanın funksionallığını, əlaqələrini pozan hər cür qısqanclığı xəstəlik hesab edir.
Siz necə düşünürsünüz, qısqancsınızmı? Elə isə hisslərinizi test edin.

1. Kimsə sevgilinizə bahalı konfet göndərib
A) Hədiyyənin mənşəyi ilə maraqlanırsınız-1
B) Onun yeyilməsində iştirak edirsiniz-2
C) Konfet qutusunu zibil qabına atırsınız-3

2. Siz sevgilinizlə rəqsə getmisiniz lakin o sizinlə rəqs etmək istəmir
A) Əhəmiyyət vermirsiniz-1
B) Onların rəqs zamanı nə haqda danışdıqları ilə maraqlanırsınız-2
C) Bu sizin xoşonuza gəlmir-3

3. Sizin sevgiliniz gündəlik yazır, lakin sizə göstərmək istəmir
A) Gizlincə oxuyursunuz-1
B) Mənəvi aləminə hörmət edirsiniz-2
C) Tələb edirsiniz ki, gündəliyi sizə versin-3

4. Sevgiliniz qəflətən imicini dəyişir
A) Bunu qəbul edirsiniz-1
B) Bu dəyişikliyi müzakirə edirsiniz-2
C) Burada müzakirə ediləcək bir şey yoxdur-3

5. Öz zahiri görünüşünüzə dair komplimenti xoşlayırsınız
A) Sevmirəm-1
B) Məmnuniyyətlə qəbul edirəm-2
C) Bəzən bu mənə xoş gəlir-3

6. Sevgilinizlə qonaq getmisiniz
A) Bütün gecəni ondan ayrılmırsınız-1
B) Başqa adamlarla əylənirsiniz-2
C) Bütün gecəni onu güdürsünüz-3

7.Sevgiliniz uzun müddət yoxa çıxır
A) Qayıdanda harada olması və nə etməsi haqda soruşursunuz-1
B) Səbrirsizliklə yolunu gözləyirsiniz-2
C) Qalmaqal qoparıb istintaqa başlayırsınız-3

8. Bir məclisdə sevgilinizi başqa biriylə tanış etmək məcburiyyətində qalırsınız
A) Tanışınıza başa salmağa çalışırsınız ki, siz bir-birinizə bağlısınız-1
B) Bunu o zaman edərsiniz ki, sevgiliniz istəsin-2
C) Siz qarşılıqlı münasibətlərinizi reklam etdirmirsiniz-3

9. Kimsə sizə deyir ki, sevdiyniz adam başqası ilə qalıb
A) Faktı inkar edirsiniz-1
B) Sevgilinizdən soruşursunuz-2
C) Sizə xəbər gətirən adamdan ətraflı məlumat öyrənirsiniz-3

10. Sizin sevgiliniz telefonla danışır
A) Başa düşməyə çalışırsınız danışan kimdir-1
B) Sakitcə öz işinizlə məşğul olursunuz-2
C) Qonşu otağa keçib telefonu dinləyirsiniz-3

CAVABLAR:
10-17 Qəti qisqanc deyilsiniz
18-24 Müəyyən vaxtlarda qısqancsınız
25-30 Çox təhlükəlidir. Dəhşət qısqancsınız.

Qısqanclıq daxili duyğudur və müxtəlif davranışlar şəklində təzahür edə bilir. Bir birinə hörmət edən iki yetkin, dərrakəli insanlar arasında etibarsızlığa yer olmamalıdır. Qısqanclıq və etibarsızlıq həddindən çox olarsa bu dözülməz olar. Həddindən artıq qısqanmağı sevginin bir yolu olaraq görməməli, əksinə, sevgini aradan qaldıran bir ünsür kimi qiymətləndirməlidir. Bir birinə hörmət bəsləyn istər dost, istərsə də sevgililər çəkinmədən bir-birlərinə duyğu və düşüncələrini açmalı, doğrunu səhvi birlikdə həll etməli, sevgini və aradakı səmimiyyət qorunmağa çalışmalıdırlar.

Məqaləni paylaş

Rəyini bildir