psixoloq.info » Psixologiya » Fobiyalar » Nomofobiya

Nomofobiya

Zumrud 516
Texnologiya inkişaf etdikcə insanların yaşam şəkli də dəyişir, "Nomofobiya” – "no mobile phobiya” mənası telefonsuz qalma qorxusudur. Yəni mobil telefonla yaradılan ünsiyyətdən qopmaq,məhrum olmaq qorxusudur. Müasir dövrün yeni sindromlarındandır. Telefonsuz qalmaq, telefonla ünsiyyət qura bilməmək insanlarda psixoloji gərginlik yaradır. Bu zaman nəfəs darlığı, baş dönməsi,titrəmə, tərləmə,ürək döyüntüsünün artması, tənginəfəslik, ürəkbulanma kimi əlamətlər ola bilər, obsessiv şəkildə mobil telefonun yanında olub olmadığını nəzarət edirlər.

Mobil telefona bu qədər asılı olmanın səbəbi isə yanlızlıq,izolyasiya olunmaq qorxusudur. O qədər asılı olurlar ki, telefonun zaryatkasının bitməsi və ya telefonu hardasa unutmaq stresi xeyli artırır, özlərini yanlız və boşluqda hiss edirlər. Telefon vasitəsi ilə virtual aləmdə daim onlayn olmaq,başqalarını izləmək,dəyişiklikləri izləmək bu asılılığı daha sürətləndirir. Bu asılılıqdan qurtulmaq üçün həyatınızdakı hansı boşluq olduğunu aydınlaşdırmaq və həyatını o yöndə dəyişdirmək yaxşı nəticə verə bilər.

"Nomofobiya” dan qurtulmaq üçün ən sadə yol telefonu evdə qoymaq, bir müddət istifadə etməmək günün ilk saatlarında çətin gələ bilər. Amma əslində bunun rahatlıq olduğunu hiss edə bilərsiz. Beləliklə özünüzün və insanların duyğularının hisslərini anlaya bilərsiniz. Ətraf mühitin necə canlı olduğunun fərqində ola bilərsiniz. Texnologiya sizə yox, siz ona hökm edin və heç olmazsa arada bir onu həyatınızdan çıxarın. Uşağınızı da nomofobiyadan qorumaq üçün, bəzi qaydalar qoya bilərsiniz.

Uşaq psixoloqu Zümrüd Həsənli


Məqaləni paylaş

Rəyini bildir