psixoloq.info » Psixologiya » Psixoloji terminlər » Özünü böyütmə sayıqlama ideyaları

Özünü böyütmə sayıqlama ideyaları

Zamir 801
Özünü böyütmə sayıqlama ideyaları "özündən razı insanın xarakteristikası deyil”, psixi xəstəlik əlamətidir.

Ilk növbədə baxaq sayıqlama ideyaları nədir, hansı xəstəliklərin əlamətidir. Sayıqlama ideyaları psixi xəstəlik nəticəsində yaranan və korreksiya olunmayan səhv fikirlərdir. Məzmunca sayıqlama ideyaları çox müxtəlif ola bilər: təqib, zəhərləmə, qısqanclıq, təsir və s. məs. təqib sayıqlaması zamanı xəstə hesab edir ki, onu izləyirlər, öldürmək və ya ziyan vurmaq istəyirlər. Sayıqlama ideyaları ən çox şizofreniya xəstəliyi zamanı təsadüf edilir. Lakin başqa psixi pozuntuların da əlamətləri arasında ola bilərlər.

Özünü böyütmə sayıqlama ideyaları zamanı insan özünü çox tanınmış insan (Napaleon, Nizami Gəncəvi və s.), çox böyük vəzifə sahibi (kainatın prezidentı, dünyanın hakimi və s.), misilsiz var-dövlət sahibi hesab edə bilər. Özünü böyütmə sayıqlama ideyaları Fizofreniya, Bipolyar pozuntu, İnfeksion və intoksikasion psixozlarda təsadüf edir. belə sayıqlama ideyaları olan xəstə adətən aktiv, yüksək əhval ruhiyyəli olur. Bəzən insana elə gəlir ki, xəstə ətrafdakıları ilə zarafat edir, məzələnir. Lakin bu belə beyil, belə sayıqlaması olan insan söylədiklərinin tam həqiqət olduğuna tam olaraq inanır və siz heç zaman onu səhv etdiyinə inandıra bilməzsiz.

Özünü böyütmə sayıqlama ideyaları
Sayıqlama ideyaları xəstəlik nəticəsində yaranır və onları dərmanlarla müalicə etmək mümkündür. Bir şərtlə ki, müalicə xəstəliyin erkən dövrlərində başlamalıdır. Yalnız bu halda sayıqlama ideyalarını aradan qaldırmaq, xəstəni normal həyata qaytarmaq mümkün olur.

Həkim-psixiatr Mehriban Rzayeva

Məqaləni paylaş

Rəyini bildir

judi online