psixoloq.info » Psixologiya » Psixoloji terminlər » Qeyri-adi psixoloji həqiqətlər 4

Qeyri-adi psixoloji həqiqətlər 4

Zamir 397
Bir çox asılılıqlar vardır ki, bu bizə çox normal gəlsə də əslində o hansısa psixoloji pozğunluqdur amma bəzi psixoloji pozğunluqlar var ki, eşitdikdə inanmaq çətin olur. Sizlərə hissə-hissə ən qeyri adı psixoloji həqiqətləri təqdim edəcəyik.

Parafren sindorom
Bu psixoloji pozuntudan əziyyət çəkən insanlar özlərində fantastik qabiliyyətlərin olmasını, xaricdən onlara naməlum qüvvələrin təsir etdiyini və yaxud özlərinin bu kimi təsir etmək qabiliyyətinə malik olduğunu iddia edirlər. Məsələn, yadplanetlilərlə kontaktda olduğunu iddia etmək.

Hədəflərinizi hər zaman özünüzə saxlayın. Çünki edilən bir araşdırmaya görə, hədəflərinizi başqalarına elan etdiyinizdə, onları reallaşdırma ehtimalınız aşağı düşür.

Meqalomaniya
Psixoloji pozuntu olaraq, bir insanın öz şəxsiyyətini hər zaman yüksəklərdə tutaraq özünü ifadə etmə tərzidir.

Fərqli məkanlarda yaşayıb fərqli dilləri danışsaq da, yer üzündə yaşayan bütün insanlar bu 6 duyğu üçün eyni üz ifadəsi və mimikaları istifadə edir: Xoşbəxtlik, qəzəb, kədər, qorxu, çaşqınlıq və iyrənmə.

Maqifreniya
İnsanda psixoloji pozuntu olaraq, elmin inkar edə biləcəyi və yaxud qəbul etmədiyi bir nəsnəyə sehrli, möcüzəvi yanaşaraq həqiqət olaraq qəbul edilməsi. Maqifreniya kütləvi hadisə olub, cəmiyyət arasında geniş yayılıb.

Aparılan araşdırmalar nəticəsində, cahil insanların özlərini mükəmməl görməyə, ağıllı insanların isə qabiliyyətlərini yüngülə almağa meylli olduğunu göstərir.

Oculolinctus - göz bəbəklərinə duyulan cinsi istək
Oculo (göz) - linctus (yalamaq) sözlərinin birləşməsi ilə ortaya çıxan, çox axmaq istəyin maraqlı tərəfi isə yalanan adamın deyil, yalayan adamın həzz almasıdır.

Lima Sindromu
Bu sindrom girov alan adamın girovuna qarşı simpatiyası ilə ortaya çıxır.

Fizonomiya
Çinli psixologlar tərəfindən müəyyənləşdirilən və insanın üz cizgilərinə əsasən şəxsiyyət analizi aparmağa imkan verən elm sahəsidir.
Fizonomiyaya görə xüsusən alın, qaşlar, çənə və göz quruluşu, dodaqlar insanın xarakteri haqqında çox şey ifadə edir.

Piromaniya
Yanğına meyililik pozuntusu, yanğın törətmək ehtirası.

Kleptomaniya
İmpulsiv oğurluq pozuntusu. Oğurluq etmək ehtirası.

Trixotillomaniya
İmpuls nəzarətin pozğunluq növlərindən biridir. Bu psixi pozuntu saçları yolmağa olan meyililikdir. Xəstə trans vəziyyətindəymiş kimi başında və ya bədəninin hər hansı hissəsində olan saçları yolub qoparmağa çalışır. Bu zaman onlar çox ağrı hiss etsələr belə, dayana bilmirlər, barmaqlarının hərəkəti tamamilə onlara tabe deyil.

Televizorların və məşhur mədəniyyətin həyatımıza girməsi ilə ortaya çıxan bir digər ruhi pozğunluq da Truman sindromudur. Bu xəstəliyə tutulanlar, həyatlarının hər mərhələsinin filmdəki kimi gizlicə kameraya yazılıb televiziyada göstərildiyini zənn edərlər.

Məqaləni paylaş

Rəyini bildir