psixoloq.info » Psixologiya » Psixoloji terminlər » Psixika haqqında

Psixika haqqında

Zamir 1 500
Qədimdən psixika haqqında iki təlim – materialist və idealist təlim vardır. Psixologiyanın bir elm kimi inkişafı əsasən materialit təlimin inkişafı ilə bağlı olmuşdur. Psixika obyektiv aləmin subyektiv inikasından ibarətdir. İnikas materiyanın ən ümumi xassəsidir. İnikas dedikdə iki obyektin qarşılıqlı təsiri prosesi və onun nəticəsi nəzərdə tutulur. Bu zaman həmin obyektlərdən birində əmələ gələn dəyişikliklər o birini təsiri ilə şərtlənir və sonuncunun strukturuna uyğun olur.

İvan Seçenov sübut etdi ki, psixika reflekor (latınca reflexus – əks olunan deməkdir) xarakter daşıyır. Akademik İvan Pavlov reflektor nəzəriyyəni geniş eksperimental tədqiqatlar əsasında yeni faktlarla zəngınləşdirdi. Onun ali sinir fəaliyyəti haqqındakı təlimi reflektor nəzəriyyənin inkişafında xüsusi mərhələ təşkil edir.

Psixika haqqında elmi təsəvvürlərin formalaşmasında təbiətşünaslıq mühüm rol oynamışdır. Müasir təsəvvürlərə görə psixi funksiyalar beyin sahələrinin birgə işi sayəsində həyata keçirilən funksional sistemlər (P.K.Anoxin) kimi fəaliyyət göstərir. Onun sistem təşkil edən mərkəzi amili işin nəticəsi və ya məqsədi ilə uzlaşırlar.


psixika 2018
psixoloq 2018
psixolji problem 2018

Məqaləni paylaş

Rəyini bildir