psixoloq.info » Psixologiya » Psixoloji terminlər » Manipulyasiya nədir?

Manipulyasiya nədir?

Zamir 709
Manipulyasiyanın tam tərifi olmadığından və daha dəqiq başa düşülməsi üçün sizə bunu bir neçə şəkildə göstəririk:
– Manipulyasiya, başqalarını nəzarət altına almaq məqsədiylə edilən bir ağıl oyunudur.
– Manipulyasiya duyğularınızı, hisslərinizi və inandığınız dəyərləri hədəf alaraq baxış bucağınızı dəyişdirməyə və həqiqəti şəkilləndirmə istiqamətində sərgilənən metodların ümumi adıdır.
– Manipulyasiya qarşındakına istədiyini elətdirə bilmək sənətidir.
– Manipulyasiya istiqamətləndirmə, seçmə, əlavə etmə və çıxarma yolu ilə informasiyanın dəyişdirilməsi olaraq bilinir.
– Manipulyasiya idarə edən insanın mənafeyinə uyğun şəkildə digər bir insanın davranışının gizli idarə olunması prosesidir.

Kimsə sizdən bir şey etməyinizi istədikdə yox deməkdən çəkinirsinizsə və bu vəziyyətin səbəbi qarşınızdakının sizə hiss elətdirdiyi günahkarlıq duyğusu və ya qorxudursa, manipulyasiya edirlmiş ola bilərsiniz. Manipulyasiya, bir çox adamın istəklərinə çatmaq üçün istifadə etdiyi bir yöntəmdir.

Kütləvi (Crowd manipulation), məlumat (Data manipulation), bazar (Market manipulation), Media və Psixoloji manipulyasiyaya həyatımızın hər səhnəsində (çox vaxt bilərək və istəyərək, məqsədli şəkildə həyata keçirilsədə, bəzən, adam qarşısındakını manipulyasiya etdiyinin fərqində olmaya bilər.) məruz qalırıq və bu da həyatımızı mənfi və ya müsbət yöndə təsir edir.

Media manipulyasiyası ilə gündəlik həyatımızın tamamında, adı üzərindən göründüyü kimi televizor, qazet və jurnallar, sosial şəbəkələr və digər vasitələrlə yönləndirilməyə məruz qalmağımız o qədər asandır ki… Bir şeyin qiyməti düşür və ya yüksəlir deyə media daima bildirilirsə, bilin ki yönləndirmə edilir (manipulation is loading 75%..) Sadəcə maliyyə mövzularla sərhədlənmir bunlar, hər mövzuda bu belədir…

Hər bir şəxsiyyət cəmiyyətdə tutduğu öz mövqeyini qorumağa çalışır. Insanlar tərəfindən qurulmuş bir manipulyasiya tələlərinə düşdüksə isə bəzən həyatımız bərbat bir görünüm ala bilər. Belə ki, bizlər, dünyanın sevəcəyimiz, inanacağımız insanlarla dolu olduğuna inanmaq istəyərik. əlbətdə bu ideyaya uyğun yaşayan insanlar da vardır. Ancaq, eyni zamanda, icazə verdiyimiz təqdirdə bizdən istifadə eləmək istəyən insanla da az deyil. Hər kəs üçün başqa birinin öz mənfəətinə görə istifadə olunduğunu bilməsi hissini qəbul etmək olduqca çətindir. Bu manipulyasiya hiylələrinə düşməmək üçün onun bir sıra metodlarını bilmək vacibdir. Bunlar barədə gələcək məqalələrimizdə danışacayıq.

Məqaləni paylaş

Rəyini bildir