psixoloq.info » Psixologiya » Sindromlar » Bazar ertəsi sindromu

Bazar ertəsi sindromu

Zamir 969
Araşdırmalar göstərib ki, insanların təxminən 40-50 faizi tez-tez bazar ertəsi sindromu ilə üzləşirlər. Şənbə və bazar günləri istirahət etdikdən sonra həftənin birinci günü iş rejiminə öyrəşməkdə çətinlik çəkir, özünüzü həvəssiz, yorğun, halsız hiss edirsinizsə, deməli, siz də bazar ertəsi sindromuna yaxalanmısınız.
Qısa müddətdə bu sindromdan qurtulmaq üçün bunlara əməl etməyinizdə fayda var:
1. Qidalanma:
Çoxlu fındıq, yulaf, həmçinin doymamış yağ və turşular ehtiva edən qidalar yeyin. Məsələn, yağlı balıqla salat, küncüt yağında saxlanılmış avokado yeyə bilərsiniz.
2. İdman:
Yarım saat yerimək əhvalınızın yaxşılaşmasına səbəb olacaq. Çünki günəş şüaları beyinə daha çox seratonin hormonunun getməsini təmin edir. Bu hormon isə insanın birbaşa əhval-ruhiyyəsi ilə əlaqəlidir.
3. Əyləncə:
Sizi güldürə biləcək kitablar, jurnallar oxuyun. Komediya janrında olan film izləmək də effektli olacaq.
4. Rəng seçimi:
Sarı rəngdə geyinin və ya ofisinizdəki masanızı sarı çiçəklərlə bəzəyin. Bu rəng insanı depressiyaya düşməyə qoymur.
5. Dərman:
B qrup vitaminləri qəbul edin. Bu, əsəblərinizi sakitləşdirib özünüzü daha dinc hiss etməyinizə səbəb olacaq.
6. Düşüncə tərzi:
Kağız-qələm götürüb yaşamaq istəyinizi, hədəflərinizi yazın. Pozitiv duyğulara köklənin.

Məqaləni paylaş

Rəyini bildir