psixoloq.info » Psixologiya » Sindromlar » Otello sindromu

Otello sindromu

Zamir 547
Birinin sevdiyi insana qarşı qisqancliq hissi yaşaması və həddini aşması “patoloji qısqanclıq” və ya “Otello sindromu” adlanır. Bir çox qadın və kişilər qısqanclığı sevginin ifadəsi kimi qəbul edirlər. Əslində, bu, yalnış düşüncədir. Sevdiyinə sevgini ifadə etmənin başqa normal yolları da var.
Özünə güvənən insanlar qarşısındakı insanı xəstəlikli formada qısqanmırlar. İnsanlardan niyə qısqandıqlarını soruşanda “çünki onu itirməkdən qorxuram” cavabıyla tez-tez rastlaşırıq.

Qadınların əksəriyyəti çox qısqanılmaqdan sıxıldığı halda, bəziləri bunu sevir. Onlar düşünür ki, əgər kişi qısqanırsa, deməli sevir. Ən çox qısqanılan tərəf də hər zaman qadın olub. Aşqasına güvənə bilmək üçün öncə özünə güvənmək lazımdır. Güvənsiz yaşanan bir sevgi içindən çıxmaq mümkün olmayan bir çuxurdur. “Qısqanmağım mənim sevgilimə, həyat yoldaşıma, ərimə güvənmirəm demək deyil, mən ona güvənirəm, ancaq ətrafdakı qadın və kişilərə güvənmirəm". Yəqin ki, qısqanc adamlardan ən çox eşitdiyiniz cavab məhz budu. Həddən çox qısqanan insanların sədaqətsizlik göstərmə ehtimalı çox yüksəkdir. Bir insanı sevmək üçün ilk öncə özünüzə güvənməlisiniz. O sizin uşağınız, ata-ananız deyil ki, ona güvənmədən onu sevirsiniz. Qısqanc insanlar yenə də bu deyilənlərlə razı olmayıb, qısqanmalarını sevgilərinin ifadəsi kimi qəbul edib, özlərinə haqq qazandırmağa çalışırlar.

Adını məşhur yazar William Shakespearenin Otello adlı əsərindən alan bu narahatlıq, adamın sevdiyi birini xəstəlik dərəcəsində qısqanması halı olaraq ifadə edilir. Sevginin itkisi və ya itirilmə təhlükəsi, sevilən adama və bir rəqibə qarşı duyulan düşmənçilik və özünə hörməti azaldan narsistik zərbə qısqanclıq duyğusunu meydana gətirən təməl elementlər olmuşdur.

1922 -ci ildə Freud hətta normal qısqanclığın məntiqsiz bir hadisə sayılması lazım olduğunu, belə bir duyğunun şüur nəzarəti altında olmamasıyla bərabər, xarici dünyanın ümumi paylaşılan həqiqəti içində yaşanan vəziyyətlərlə nisbətsiz olduğu fikirini dilə gətirmişdi.

Bir çox tədqiqatçı patoloji qısqanclığın başlanğıcında kişilərdə ereksiya ilə əlaqədar çətinliklər, qadınlarda isə bir cinsi funksiya pozuqluğunun olduğuna inanırlar. Adamın sanrılarının başlıca təması yoldaşının ya da sevgilisinin sədaqətsizlik göstərməsidir.Bu nəticəyə həqiqi bir səbəb olmadan gəlinir və bu inanış kiçik dəlillərlə (geyimlərdəki nizamsızlıqlar ya da mələfədə olan ləkələr kimi) dəstəklənən doğru olmayan fərziyyələrə əsaslanılır.

Bütün bunlar toplanılır və sanrını təsdiqləmək üzrə istifadə olunur.
Bir çox tədqiqatlarda patoloji qısqanclığın daha çox kişilərdə görüldüyü bildirilmiş olsa da, patoloji qısqanclığın qadınlarda daha tez görüldüyünü bildirən bəzi araşdırmalar da vardır.

Həkim patoloji qısqanclıq diaqnozu qoyarkən xəstənin həyat yoldaşı və yaxın ətrafı ilə görüşüb obyektiv bir qiymətləndirmə edərkən, yoldaşlardan hər ikisindən evlilik və seksual hekayələrini öyrənməlidir.
Yenə də xəstədə patoloji qısqanclıq ilə birlikdə ola biləcək digər psixiatrik pozuntuların ayrıca diaqnozu edilməlidir. Patoloji qısqanclığın müalicəsi olduqca çətindir. Son dövrlərdə antipsixotik müalicəylə bərabər tək başına selektiv serotonin geri alış inhibitorlarının təsirli olduğu bildirilir.

Məqaləni paylaş

Rəyini bildir