psixoloq.info » Video » Gülüş yoluxucudur

Gülüş yoluxucudur

Gunay.I 821
Beynimiz üzərində aparılan tədqiqatlar göstərir ki, gülüş insan psixologiyası və sağlamlığına, nəticədə də isə həyatına müsbət təsir edən çətin bir aktdır. Psixoanalitiklərə görə gülmək ürəyin anesteziyasıdır. Qorxuları dondurmağın bir çarəsidir. Həmçinin, gülüş terapiyasına müraciət edən insanlar özünə inamı yenidən bərpa edir və ya olmayanlar da bu xüsusiyyəti qazanmış olurlar. Gülüş terapiyası ilə mənfi emosiyalar olan nifrət, qəzəb, kin, qısqanclıq, qorxu və günah hissini aradan qaldırmaq olar. Birinin gülüşə göstərdiyi reaksiyanın səviyyəsi, gülüşün nə qədər səmini olub-olmadığını anladığını göstərir. Gülüş aktı zamanı üz əzələləri sinir sistemi və beynin işinə çox müsbət təsir göstərən xüsusi impulslar ötürür, qana çoxlu miqdarda xoşbəxtlik hormonları olan endorfin, serotonin və neyropeptidlər daxil olur, gülüş viruslarla mübarizəni gücləndirir. Gülüşün insan bədəninə təsirini öyrənmək üçün çoxlu sayda tədqiqatlar aparan alimlər iddia edirlər ki, insanın psixoloju komfortuna müsbət təsir göstərən gülüş bir növ “yoluxucu”dur. Hətta gülməli olmayan hallarda belə başqasının gülüşünə qoşulmağa hazırlaşmağımız üzümüzün əzələlərini buna hazırlamağımızdan hiss olunur. Metroda bir nəfərin qəhqəhə ilə gülməyə başlaması vaqonda hamının domino effekti ilə gülməsinə səbəb olub. Hər gününüz nəşəli olsun.

Sevda Babayeva


Məqaləni paylaş

Rəyini bildir