psixoloq.info » Video » Hər uşaq özəldir, onları kəşf edək

Hər uşaq özəldir, onları kəşf edək

Nurlan 966
Hər bir valideyn üçün övladının sağlamlığı qədər, onun təhsili də önəmlidir. İndiki uşaqlarda ən çox rastlanan yaddaş pozulması, diqqətsizlik, sosiallaşa bilməmək və ən əsası oxumamaq istəyi təhsilin davam etməsinə böyük maneələr yaradır. Bu zaman valideynlər əsəblərinə hakim olmur, bütün sinirlərini övladlarından çıxaraq sadəcə onları tənbəlliklə günahlandırırlar. Bu zaman balalarına psixoloji cəhətdən nə qədər zərbə vurduqlarının fərqində belə olmurlar.

Əgər övladınız oxumaq istəmirsə, müəllimləri hər gün onun diqqətsizliyindən, davranışlarından şikayətlənirsə və bu ailənizin əsas probleminə çevrilibsə, o zaman sizə məsləhət gördüyümüz bu filmi səbrlə sonuna kimi izləyin. İnanin ki, mesajlarla dolu olan bu film sayəsində övladınızı yenidən kəşf edəcəksiniz.
Hər bir uşaq fərqli istedada malikdir! imkan yaradın övladınız özünə güvənərək istedadını nümayiş etdirsin. Filmə mütləq ailəvi şəkildə baxın. Xoş seyrlər.

Yerdeki Yıldızlar - Her Çocuk Özeldir

Məqaləni paylaş

Rəyini bildir