psixoloq.info » Video » Övladlarımızı 25-ci kadrdan qoruyaq

Övladlarımızı 25-ci kadrdan qoruyaq

Leyla.E 703
Müasir dövrdə demək olar ki, bütün valideynlər övladlarının pis vərdişlərdən uzaq olmalarını arzu edirlər. Əlbəttə ki, pis vərdişlər deyincə ağıla sonu pis nəticələnən şiddətli kompüter oyunları gəlir. Alimlər təsdiq ediblər ki, bəzi müasir cizgi filmləri uşaqlara süuraltı pis, exlaqsiz informasiyalar ötürərərək onlara gizli psixoloji təcavüz edirlər ki, bu sistem 25 kadr adlanır. Gözümüz saniyədə 24 kadrı qəbul edə bilir. Beləcə filmlərin, serialların, reklamların, xüsüsən da azyaşlıların böyük həvəslə izlədikləri cizgi filmləri arasında 25-ci kadr istifadə edilərək izləyicilərə xoş olmayam mesajlar verilə bilir. Gözümüzün görə bilmədiyi, lakin işıq sürətilə beynimizin qəbul etidiyi bu 25-ci "virus" insanin xəyal belə etmədiyi mənfilikləri şüuraltı ötürərək onun fikir dünyasini istədiyi istiqamətə yönəldə bilir. Bununla məşğul olan mütəxəsislər uşağınızın seyr etdiyi "məsum" cizgi filmlərində səs və görünüş vasitəsilə pornoqrafiya və şiddət ehtiva edən mesajlar yerləşdirilmiş ola biləcəyini iddia edirlər. Bir müddət öncə Moskva şəhərinin azyaşlı sakini (11yaş) aşırı dərəcədə kompüter oyunu otbadığı üçün valideynləri tərəfindən Tv və biıgisayara qadağa qoyulur. Həmin azyaşlı bu qadağanın qarşılığında illərdir şüuraltı qəbul etdiyi 25-ci kadrın istiqamətləndirdiyi kimi öz anasını biçaqlayır. Bunun kimi bir çox məyusedici reallıqlar ildə xeyli sayda gerçəkləşir.
Deməli ozümüz də bilmədər evdə uşaqlarımızın dünyagörüşünün artması, əylənməsi üçün izlətdiyimiz cizgi filmləri, uşaq proqramları, olduqca təhlükəlidir.

Lakin əziz valideynlər, dunya alimləri, xüsusən də psixoloqlar bizləri diqqətli olmağa səsləyir və övladlarımizı maraqlı zəka oyunları vasitəsi ilə bu cur viruslardan qoruya biləcəyimizi bildirirlər. Məsələn, biz balalarımıza şahmat öyrədərək həm onları bu cür mənfi informasiyalardan uzaq tutarıq, həm şüadan uzaqlaşmalarına şərait yaradarıq, həm də zehinlərinin daha sürətli, daha faydalı inkişaf etmələrinə köməklik etmiş olarııq. Təbii ki, zəka oyunları vasitəsi ilə. Bu bir sübutdur ki, şahmat oyunu uşağın əqli inkişafında müsbət rol oynamaqla yanaşı Şahmatın ən böyük faydalarından biri də uşaqları pis vərdişlərdən uzaq tutmasıdır. Raul Kapablankanın fikrinə görə: Şahmat sadəcə oyun deyil,intellektual vaxt keçirməkdir.
Subut olaraq youtube-a 25 ci kadrla bagli görüntüləri izləyə bilərsiniz.

Sevda Babayeva


Məqaləni paylaş

Rəyini bildir