psixoloq.info » Xəbərlər » Körpəsini südü ilə bəsləməyənlər üçün SOS

Körpəsini südü ilə bəsləməyənlər üçün SOS

Zumrud 855
Ana və körpə üçün ana südü ilə qidalandırmanın bir sıra faydaları var ki, onları şüşə ilə yedirtmədə əldə etmək çətindir. Ana südünün qida faydaları körpənizə verə biləcəyiniz hər hansı digər qidadan çoxdur və körpənizin ondan əldə etdiyi immun dəstəyi körpəni sağlam və xoşbəxt etmək üçün vacibdir.
Körpələr dünyaya göz açandan sonra onlar üçün hava su qədər ana südü də vacibdir. Amma təsüflər olsun ki, indi bir çox analar öz övladlarını ana südündən məhrum edib. Bəs belə köppələrı hansı təhlükə gözləyir?
Əvvəlcə onu deyək kı, körpəyə süd vermək ilk olaraq ananın özü üçün də faydalıdır. Əmızdırən analarda, gələcəkdə sümük kövrəkliyi, döş, uşaqlıq, yumurtalıq xərçəngı kimi xəstəliklərə tutulma ehtimalı çox aşağıdır. Uşaq əmizdirən analar, hamiləlik dövründə aldıqları çəkini də asanlıqla ata bilir. Amma daha vacib məqam təbii kı, ana südünün uşağın gələcək həyatinda oynayacağı roldur. Çünkı ana südü körpələrinizi İnfeksiyalardan, diabet, skleroz və ürək xəstəliklərindən, ishala yoluxma hallarından, qulaq infeksiyaları və allergiyadan, diş çürümələrindən, ani Körpə ölümü sindromundan qoruyur. Uşağın, doğulduğu gün ana südü qəbul etməsinin başqa faydaları da var.


ATV Xəbərə istinadən.

Məqaləni paylaş

Rəyini bildir