psixoloq.info » Xəbərlər » Çox yatmaq zərərlidir

Çox yatmaq zərərlidir

Nurlan 941
Əsasən yaşlı nəsilin şikayət etdiyi yuxusuzluq problemi artıq yaş məhdudiyyəti qoymayaraq bütün insanların ortaq dərdinə çevrilib. İnsan psixologiyası ilə əlaqəli olan yuxusuzluq bir sıra xəstəliklərə qapı açır. Alimlər iddia edirlər ki, yuxusuzluq depressiya, şəkərli diabet, obezitelik, ürək zəifliyi, yaddaş pozuqluğu, stres və s. narahatçılıqlara səbəb olur.
"Yatmaq insana rahatlıqdan ziyadə nə gətirə bilər ki?"- deyə düşünürsünüzsə, yanılırsınız.

Yuxunun insana bəxş etdiyi 7 zərər:
1. Çox yatmaq DEPRESSIYA yaradır
2014 -ci ildə yetkin əkizlər üzərində aparılan elmi təcrübə nəticəsində, uzun müddət yatanlarda depressiya riskinin daha yüksək olduğu məlum olub. 7-9 saat yatan iştirakçıda 27 % nisbətində depressiya əlaməti göstərildiyi halda, 9 saatdan çox yatan digər əkizdə bu nisbət 49 % olaraq təyin olunub.

2. BEYNINİZ daha az çalışır
2012 -ci ildə yaşlı qadınlar arasında edilən araşdırma nəticəsində 9 saatdan çox, 5 saatdan isə az yatan qadınların 6 illik müddət içərisində beyinlərinin getdikcə daha funksiyasız hala gəldiyi müəyyənləşib.

3. Sonsuzluq yaradır
Həkimlərin fikrincə, sağlam yuxu nizamı ilə uşaq sahibi olmaq daha asandır.
Koreyada 2013 -ci ildə həyata keçirilən bir araşdırma nəticəsində nizamlı şəkildə yatanlardan başqa, 650 qadının süni şərtlərlə hamilə qaldığı ortaya çıxdı. 7-8 saat yatan qadınların hamiləlik nisbətlərinin 9-11 saat yatanlarda çox daha yüksək olduğu aydın oldu. Bu çaşdırıcı nəticənin ardından elm insanları bu bağın yuxu nizamı ilə dəyişən ədəd dövründən və ifraz olunan hormonlarla qurulduğunu ifadə etdi.

4. Çox yatmaq DIABET riskini artırır
Quebec'te 8 saatdan çox yatan kəslərin glikoz dözümlülüyünün yatmayanlara nisbətən 2 qat daha çox zərər gördüyü təsbit edildi . Əgər siz də doya doya şəkər yemək istəyirsinizsə, ən yaxşısı erkən yatıb erkən qalxın.

5. Çox yatmaq KILO itirir
Digər bir elmi təcrübəyə əsasən yataraq kilo itirmək mümkündür. Lakin bunun sağlıqlı olmadığını bildirən dietoloqlar normal yatmağı və sağlam yolla, idman və xüsusi qidalarla ideal çəkiyə çatmağı məsləhət görürlər.

6. Çox yuxu ÜRƏYƏ də zərər
2012-ci ildə reallaşan bir elmi konfransda Amerikan Kardiyoloji məktəbinin alimləri hər gecə 8 saatdan çox yatanların ürək xəstəlikləri keçirmə riskinin daha çox olduğu açıqladı. 3000 nəfər üzərində edilən araşdırma nəticəsində daha çox yatanların infakt keçirmə riskinin 2 qat, tac artar xəstəliyi keçirmə riskinin isə 1,1 qat daha yüksək olduğu bildirdi.

7. Yuxunun çoxu erkən ÖLÜMƏ gətirib çıxarar
Digər tərəfdən " çox yatmamalıyam " deyə düşünüb , bu səfər yuxusuz da qalmayın.
2010-ci ildə həyata keçirilən araşdırmalar nəticəsində isə çox, ya da az müddət yatmanın ən dəhşətli nəticə verə biləcəyi açıqlandı. 1.382.999 iştirakçı üzərində reallaşan bu tədqiqat nəticəsində məlum olub ki, nizamsız yuxu, yəni yuxusuzluq və ya həddindən artıq çox yatmaq ölüm riskini artırır.
Əhəmiyyətli olan yuxunuzu kifayət qədər ala bilmək.

Məqaləni paylaş

Rəyini bildir